Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 22 oktyabr — Sputnik. Azərbaycanın hərbi əməliyyatlar teatrından çox uzaq olan möhtəşəm turizm mərkəzi Qəbələ Ermənistanın raket zərbəsinin hədəfinə çevrildi. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" hesabında yazıb.
"Azərbaycanın hərbi əməliyyatlar teatrından çox uzaq olan möhtəşəm turizm mərkəzi Qəbələ Ermənistanın raket zərbəsinin hədəfinə çevrildi. Raketlər Ermənistanın Qafan və Cermuk regionlarından atılıb. Çox güman ki, Səddam Hüseynin istifadə etdiyi "SKAD"lardır. Ermənistanın ağılsızlığının həddi-hüdudu yoxdur", - deyə Hikmət Hacıyev yazıb.
Azerbaijan's gorgeous touristic center Gabala which is far away from theatre of military operations become target of Armenia's missile strike. Missiles launched from Gafan and Jermuk regions of Armenia. Most likely Saddam Hussein used Scuds. Insanity of Armenia has no limits. pic.twitter.com/TWLXjzMAjR
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 22, 2020
Qeyd edək ki, daha əvvəl Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ərazisindən Azərbaycan ərazisinin əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulmasına dair məlumat yayıb: "Düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb.
Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub.
Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur".