Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 22 oktyabr — Sputnik. Ermənistan öz ərazisindən Azərbaycanın Qəbələ, Kürdəmir və Siyəzən şəhərlərinə operativ-taktiki raketlər atıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" hesabında yazıb.
"Ermənistan öz ərazisindən Azərbaycanın Qəbələ, Kürdəmir və Siyəzən şəhərlərinə operativ-taktiki raketlər atıb. Günahsız mülki əhali və mülki obyektlər Ermənistanın raket hücumunun hədəfi idi. Ermənistan mülki şəxslərə qarşı müharibə cinayətlərini davam etdirir", - deyə Hikmət Hacıyev yazıb.
Armenia from its territory launched Operative-Tactical missiles to Gabala, Kurdamir and Siyazan cities of Azerbaijan. Innocent civilians and civilian objects were target of Armenia's indiscriminate missile attack. #Armenia continues its #WarCrimes against civilians.
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 22, 2020
Qeyd edək ki, daha əvvəl Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulmasına dair məlumat yayıb: "Düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb.
Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub.
Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur".