BAKI, 22 oktyabr - Sputnik. Avropa İttifaqının (Aİ) başçısı Şarl Mişel koronavirusun yayılması səbəbilə əlahiddə iclas keçirmək qərarına gəlib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə o, Twitter-də yazıb.
Ş.Mişel avropalı liderləri oktyabrın 29-da qeyri-rəsmi videokonfransa dəvət edib.
"Biz koronavirusla mübarizədə kollektiv səylərimizi birləşdirməliyik", - Mişel yazıb.
Bir müddət öncə Avropa ölkələri arasında ilk "koronavirus milyonçusu" İspaniya oldu. Pandemiya başlanandan bəri bu qədər yoluxma sayı ilə İspaniya dünya üzrə altıncı pilləyə yüksəldi.
Sentyabrın sonunda səhiyyə məsələləri üzrə Avropa komissarı Stella Kiriakidis bildirmişdi ki, Avropanın bir sıra ölkələrində koronavirusla bağlı vəziyyət pisləşməkdədir. Onun sözlərinə görə, yazdakı alovlanmaya bənzər yoluxmanın qarşısını almaq üçün Avropanın son şansı qala bilər, buna görə də avrokomissar epidemiya əleyhinə tədbirlər görməyə səsləyib.
Oktyabrın 21-nə olan məlumata görə, dünyada 40.9 milyon COVID-19 xəstəsi var. Bunlardan 1,12 milyonu dünyasını dəyişib, 27.9 milyonu isə sağala bilib. Yoluxma sayına görə ABŞ, Hindistan, Braziliya, Rusiya və Argentina öndədir.