Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Əsgərovlar ailəsinin faciəsi: Nigar öz ad gününü məzarda qarşıladı – Gəncədən video

Abunə olmaq
Gəncəyə endirilmiş raket zərbəsi nəticəsində bir ailədən beş nəfər həlak olub. Sputnik Azərbaycan-ın bölgə müxbiri möcüzə nəticəsində sağ qalmış ailə üzvlərindən biri ilə söhbət edib.

2020-ci il oktyabrın 20-nə keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycanın Gəncə şəhərinə ballistik raketlərlə hücum ediblər.

“Qızımın vəziyyətinin necə olduğunu hələ də bilmirəm” – Gəncə faciəsinin qurbanı  - Sputnik Azərbaycan
VİDEO
“Qızımın vəziyyətinin necə olduğunu hələ də bilmirəm” – Gəncə faciəsinin qurbanı

Raket zərbəsi nəticəsində 13 nəfər həlak olub, 52 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Həlak olanlar və yaralananlar arasında qadınlar və uşaqlar var.

Əsgərovlar ailəsinin beş üzvü raket zərbəsinin qurbanı olub, onları dalğalanan Azərbaycan bayraqları və göz yaşları içərisində son mənzilə yola salıblar.

Ailənin sağ qalan üzvü Teymur Əsgərov bildirib ki, hücum nəticəsində atası Suliddin Əsgərov, qardaşı Bəxtiyar Əsgərov, bacısı Sevil Əsgərova, onun 10 aylıq körpəsi Narın Xalıqova və böyük bacısının qızı 15 yaşlı Nigar Əsgərova partlayış zamanı dünyasını dəyişib. 

“Məni daha çox məsum on aylıq körpə Narının ölümü yandırır. Nigar isə 15 yaşını qeyd etməli idi, amma ad gününü məzarda qarşıladı”, - Əsgərov bildirib.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Zöhrab Mnatsakanyanın, habelə Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun 9 oktyabrda baş tutan görüşündən sonra 10 oktyabr saat 12:00-dan etibarən Dağlıq Qarabağda atəşkəs barədə razılıq əldə edildi. Tərəflər Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə və bu təşkilatın meyarlarına uyğun olaraq hərbi əsirlərin, girovların və meyitlərin dəyişdirilməsi ilə bağlı razılığa gəldilər.

Lakin Ermənistan silahlı qüvvələri, BMT Nizamnaməsini, habelə humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq, oktyabrın 11-də səhər tezdən Azərbaycanın ikinci böyük şəhəri - Gəncənin mərkəzindəki çoxmənzilli yaşayış evinin yuxuda olan sakinlərini Ermənistan ərazisindən raket atəşinə tutub. Raket hücumu nəticəsində 9 nəfər ölüb, 40 nəfərə yaxın insan müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Xəbər lenti
0