Ötən gecədən başlayaraq rayonun Yuxarı Qiyaməddinli, Arazbar, Hacılar və digər bir neçə kəndi ağır artilleriyadan və toplardan atəşə tutulub.
Atılan mərmilər evlərə və təsərrüfatlara xeyli ziyan vurub. Ötən axşam atılan mərmilərdən biri Yuxarı Qiyaməddinli kənd sakini Babək İsgəndərova məxsus evə düşüb. Kənd sakini Nurəli İsgəndırovun evi isə bu gün səhər atılan mərmilərdən tamamilə dağılıb.
Rayonun Arazbar kəndində də bəzi evlərə ziyan dəyib. Sakinlər isə ordumuza güvəndiklərini və heç nədən qorxmayaraq kənddə yaşadıqlarını bildiriblər.
Atəş dayanmaq bilmir: Ermənistan SQ daha bir qəbiristanlığa zərbə endiriblər– video >>
Kənddəki bir sıra təsərrüfatlara da ziyan dəyib və Mirbaba Mənsimova məxsus arı yeşikləri məhv olub. Hazırda Ermənistan Silahlı Qüvvələri Ağcabədinin cəbhəyanı yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.