Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Avropalılar Rusiya ilə qarşılıqlı hörmətə əsaslanan dialoqa məcbur edilirlər

© Sputnik / Andrey Stenin / Mediabanka keçidПоисковые работы на месте крушения малайзийского лайнера Boeing 777 в районе Шахтерска
Поисковые работы на месте крушения малайзийского лайнера Boeing 777 в районе Шахтерска - Sputnik Azərbaycan
Abunə olmaq
2014-cü ilin mayında məhv edilmiş Malayziya “Boinq”inin qəzasının şərtləri barədə ilk məsləhətləşmələr ötən ilin əvvəllərində keçirilib.

BAKI, 19 oktyabr — Sputnik, Vladimir Kornilov. Avropa Rusiyanın MH17 reysinin qəzaya uğramasının detallarına dair Niderland və Avstraliya ilə üçtərəfli komissiyadan çıxması qərarına görə böyük hay-küy qaldırıb. Bu hay-küyün xarakteri və onu müşayiət edən feyklər Qərbin faciənin əsl səbəblərini müəyyən olunması barədə niyyətinin saxtalığını göstərir.

Sadəcə Niderlandın xarici işlər naziri Stef Blokun rəsmi bəyanatı hər şeyə dəyər: "Bu gün Rusiya Federasiyası birtərəfli qaydada MH17 reysinin məhv edilməsində öz məsuliyyətinə dair danışıqlardan çıxdığını elan edib". Demək belə! Sən demə, haradasa “Rusiyanın məsuliyyətinə dair” danışıqlar aparılırmış, bizim isə bundan xəbərimiz də olmayıb.

Джо Байден, фото из архива - Sputnik Azərbaycan
Bayden açıqladı: Rusiya bizim düşmənimizdir

Xatırlatmaq lazımdır ki, 2014-cü ilin mayında məhv edilmiş Malayziya “Boinq”inin qəzasının şərtləri barədə ilk məsləhətləşmələr ötən ilin əvvəllərində keçirilib. Və Rusiya tərəfi dərhal bildirib: "Məsləhətləşmənin diqqət mərkəzində “Rusiyanın faciəyə görə hüquqi məsuliyyətinin tanınması” yox, bu insidentlə bağlı bütün məsələlər kompleksi olacaq. Moskva xüsusi olaraq qeyd edib ki, baxılması vacib olan məsələlərdən biri döyüş əməliyyatları zonası üzərində öz hava məkanını bağlamayan Ukraynanın məsuliyyəti məsələsi olmalıdır.

Və təbii ki, Blok bu barədə gözəl bilir. Lakin şüurlu olaraq həqiqəti təhrif edir. Hələ üstəlik bildirir ki, Rusiyanın faydasız məsləhətləşmələri davam etdirməkdən imtinası “qurbanların qohumları üçün xüsusilə ağrılıdır”.

Bu qərara görə Rusiyanı ittiham etməyə atılmış qərb nümayəndələrindən çoxu xəsarət alanlar mövzusunda spekulyasiya edirlər. ABŞ-ın Niderlanddakı səfiri Pit Hukstra Rusiyanın məsləhətləşmələrdən çıxmasını “qurbanların qohumlarına və onların ədalətə doğru cəhdlərinə” növbəti zərbə adlandırıb.

Təəccüblü deyil ki, bu cür xəbərləri rəsmi şəxslərin onu təqdim etdikləri şəkildə qəbul edən bəzi hollandların reaksiyası çox sərtdir. Məsələn, Blokun oxucularından biri dərhal Rusiya barədə qəzəbli çıxış edib: "Təcili bütün rusları Niderlanddan çıxarın, səfirliyi bağlayın, dərhal Rusiya ilə xarici ticarəti dayandırın, artıq Rusiya qazını almayın. Donanmamızı Krıma göndərin".

Və praktiki olaraq şərhçilərdən heç biri məyusluğa uğramış holland ictimaiyyətinə Moskvanın bu cür addımının aydın və birmənalı izahını çatdırmır. Rusiya XİN izah etdi ki, məmnuniyyətlə məsləhətləşmələrə davam edərdilər, əgər hollandlar nəticədə digər yola əl atmasa idilər - yəni, Rusuyaya qarşı Avropa İnsan Haqları Məhkəməsində (AİHM) iddia qaldırmağa. Rusiya Xin-in bəyanataında deyilir: "Niderlandın bu cür qeyri-dost hərəkətləri üçtərəfli məsləhətləşmələrin davam etdirilməsini və bizim orada iştirakımızı mənasız edir. Beləliklə, üçtərəfli məsləhətləşmələrin pozulmasına görə məsuliyyət tam olaraq rəsmi Haaqanın üzərindədir". Bax bu əlverişsiz məqamı qərb mətbuatı xüsusi olaraq qabartmamağa çalışır. Elə AİHM-də iddianın qurbanların qohumlarının "timsah göz yaşlarına" baxmayaraq, məhz onlara zərər vurduğu barədə də susur.

İş ondadır ki, sonuncuların adından AİHM-də artıq bir neçə dəfə fərdi iddia qaldırılıb. Birinci belə iddiaya hələ 2016-cı ildə baxılıb və sonradan yeni iddialar olub. Yəni, MH17 işi orada müzakirədən düşmür. Və budur bu il iyulun 10-da Niderland hökuməti eyni məhkəməyə iddia ilə müraciət etməkdən yaxşı iş tapmır və riyakarcasına bildirir ki, iddia artıq orada baxılan işlərə dəstək üçün verilib.

Və bu holland tərəfinin aşkar yalanıdır. Haaqada, qlobal hüquq paytaxtında AİHM-ə dövlətlərarası iddianın verilməsi halında bu məsələ üzrə baxılan bütün fərdi işlərin ölkələr arasında mübahisə bitənədək dərhal dayandırıldığını bilməmiş deyillər. Bu, 2018-ci ildə Avropa Şurasına daxil olan dövlətlər tərəfindən qəbul edilmiş Avropa İnsan haqları konvensiyası sistemində islahatlara dair Kopenhagen bəyannaməsinin 45-ci maddəsində dəqiq göstərilib.

Haqlı sual ortaya çıxır: niyə Haaqa eyni vaxtda AİHM-dəki məhkəmə proseslərini və Rusiya ilə məsləhətləşmələri sürətləndirib və öz qalmaqallı iddiasını məhz indi irəli sürür? Holland mətbuatı Moskvanın qərarını tənqid edərkən, nəyə görəsə öz baş nazirləri Mark Rüttenin bu suala cavabına nail olmur. O sadəcə olaraq deyib ki, “ən yaxşı vaxtı seçib”, lakin niyə belə hesab etdiyini izah etməkdən çəkinib.

Lakin cavab aydındır. Əvvəlcə holland hökuməti həmişə cavab verirdi ki, Beynəlxalq istintaq qrupunun təhqiqatının bitməsini və işin məhkəməyə verilməsini gözləyir. Və bu ilin martında orada çoxdan gözlənilən məhkəmə prosesi Sxipxoll hava limanının ərazisində böyük hay-küylə, dünyanın az qala bütün teleşirkətlərinin kameralarının önündə start götürüb. Və dərhal aydın oldu: bu prosesin təşkilatçıları üçün nəsə düz getməyib.

Birincisi, dörd təyin olunmuş “müttəhim”in MH17-nin məhv edilməsinə heç bir aidiyyatı yoxdur (proses inkişaf etdikcə bu lap aydın olur). İkincisi, prosesə Rusiya xüsusi xidmət orqanlarının zabitini (yəni, Rusiya dövlətini) bağlamaq cəhdi iflasa uğradı. Yada salın, 2018-ci ilin yazında bütün dünya KİV-ləri dəfələrlə özünü biabır etmiş Bellincgat anti-Rusiya qurumunun təşəbbüsü ilə deyirdilər: budur o – Kremlə aparan çatışmayan həlqə! Və hansısa Oleq İvannikovun soyadını göstərirdilər. Nəyə görəsə Haaqa məhkəməsinin MH17 üzrə ilk iclasında prokurorlar İvannikovun şübhəli qismində nəzərdən keçirilmədiyini deyəndə, bu fakt həmin KİV-lər tərəfindən iqnor edildi. Feykə görə isə heç kim üzr istəmədi.

“Boinq”in məhv edilməsinin növbəti ildönümü yaxınlaşdıqca həlak olanların qohumları anladılar ki, iş dağılır. Onlar bu barədə guya onların barəsində elə narahat olan ABŞ səfiri Hukstraya yazıblar. Onlar ABŞ-ı 2014-cü ildə dövlət katibi Con Kerrinin dediyi insidentin şəkillərini məhkəməyə verməyə çağırıblar. Başa düşdüyünüz kimi heç bir şəkil təqdim olunmadı. Amma Hukstra indi qurbanların qohumlarına görə narahatdır və Rusiyanı nədəsə ittiham edir.

Министр иностранных дел РФ Сергей Лавров, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Lavrov ABŞ-a səsləndi: "Rusiya ilə ultimatumlarla danışmaq faydasızdır"

İşin məhkəmədə dağıldığını, Haaqanın isə MH17-nin məhv edilməsinin 6-cı ildönümündə ictimaiyyətə heç nə nümayiş etdirə bilmədiyini görənlər AİHM-ə iddia ilə bağlı o addımı atdılar. Düz lazımi tarixdə - iş üzrə xoşagəlməz suallardan qurtulmaq və müvafiq olaraq prosesi yenidən uzatmaq üçün.

Hətta qeyri-formal qrupun çərçivəsində olsa belə, Niderlandla hansısa dialoqa başlamağa ümid edən Rusiya necə davranmalı idi? Digər tərəf artıq özü üçün hər şeyi həll edibsə, hansı dialoqdan söhbət gedə bilər?

Belə yerdə Sergey Lavrovun bu yaxınlardakı sözləri yada düşür: "Qərbdə xarici siyasətə görə cavabdeh olan adamlar qarşılıqlı hörmətə əsaslanan söhbətin vacibliyini başa düşmürlər. Yəqin ki, biz müddətlik onlarla ünsiyyətə son verməliyik". Demək olar ki, Rusiyanın MH17 üzrə məsləhətləşmələrdən çıxışı nazirin sözlərinin həyata keçməsində ilk addımdır. Birincidir, lakin sonuncu deyil. Rusiyanın avropalıları qarşılıqlı hörmətə əsaslanan dialoqa məcbur etməsi prosesi hesab edin ki, başlayıb. Və o uzumüddətli olacaq.

Xəbər lenti
0