BAKI, 18 oktyabr - Sputnik. Gürcüstanın paytaxtı Tbilisinin əsas simvollarından biri olan televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Sputnik Gürcüstan xəbər verir ki, teleqüllə 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyinin 29-cu ildönümü münasibətilə axşam saatlarından etibarən göy, qırmızı və yaşıl rənglərdə işıq saçmağa başlayıb.
Tbilisi meriyasından bildirilib ki, bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir: "Tbilisi teleqülləsi ənənəvi olaraq dost və tərəfdaş ölkələrin müstəqillik və ya digər əlamətdar günləri münasibətilə həmin ölkələrin bayraqlarının rəngləri ilə işıqlandırılır".