BAKI, 18 oktyabr - Sputnik. Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop oktyabrın 18-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə Böyük Millət Məclisi Sədrinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Mustafa Şentopu Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli və digər rəsmi şəxslər qarşılayıblar.