Pandemiya qlobal enerji sektorunda dərin iz buraxacaq. Bu sözləri Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, pandemiya və dünya iqtisadiyyatındakı böhranın təsiri artıq görünməkdədir:
“OPEC+ formatındakı razılaşmalar ilk vaxtlarda ABŞ istisna olmaqla əsas hasilatçılara mənfi təsir göstərdi. Hasilatın azalması çox keçmədən ABŞ-a da mənfi təsir etdi. Qeyd edim ki, tələbin azalması enerji sektorunun stimullaşdırılmasına mane olur. Dünya üzrə enerji sektoruna investisiya qoyuşulu kəskin şəkildə azalıb. Hətta pandemiyadan sonra da bu sektorda canlanma gözlənilmir”.
Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz