BAKI, 17 oktyabr - Sputnik. Baş prokuror Kamran Əliyev və Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov oktyabrın 17-də saat saat 01 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən sayca 3-cü dəfə raket zərbəsi endirilən Gəncə şəhərinə gəlib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Respublika Baş Prokurorluğundan bildirilib.
Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 13 nəfər həlak olub, 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.