Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Nəzifə Mürsəlova: “Xüsusi əhali qrupları üçün pulsuz peyvənd kampaniyası keçiriləcək”

© Photo : AZƏRTACSəhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarəti Şöbəsinin müdiri Nəzifə Mürsəlova
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarəti Şöbəsinin müdiri Nəzifə Mürsəlova - Sputnik Azərbaycan
Abunə olmaq
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarət Şöbəsinin müdiri Nəzifə Mürsəlova deyir ki, vaksinasiya kampaniyasının bir ay müddətində keçirilməsi nəzərdə tutulub
Nəzifə Mürsəlova: “Mövsümi qripə qarşı peyvənd könüllüdür”

“Səhiyyə nazirinin əmrinə əsasən, xüsusi əhali qruplarının vaksinasiyası aparılacaq”. Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarət Şöbəsinin müdiri Nəzifə Mürsəlova bildirib.

“Vaksinasiya kampaniyasının bir ay müddətində keçirilməsi nəzərdə tutulub. Kampaniya gələn həftədən başlayacaq. Bu müddət ərzində peyvənd alan insanlar üçün vaksinasiya pulsuzdur. Qeyd edim ki, mövsümi qripə qarşı peyvənd könüllüdür. Artıq peyvənd vaksin preparatları ölkəyə gətirilib. Kampaniyanın keçirilməsinə tam hazırıq”, – deyə o bildirib.

Nəzifə Mürsəlovanın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0