CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlər Kabineti məktəb və bağçaların taleyi barədə qərarını açıqladı

© Official website of President of Azerbaijan RepublicДетский сад, фото из архива
Детский сад, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlər Kabineti son günlər Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artımın baş verməsi səbəbindən Azərbaycanın təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı qərar verib.

BAKI, 16 oktyabr — Sputnik. Nazirlər Kabineti son günlər Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artımın baş verməsi səbəbindən Azərbaycanın təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı qərar verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin rəsmi açıqlamasında deyilir:

""Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1nömrəli Qərarı ilə təsdiq edilmiş "Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları"na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının ərazisində 2020-ci il 19 oktyabr tarixindən 2 noyabr tarixinədək:

1.1. məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələri istisna olmaqla, bütün təhsil müəssisələrində əlavə tətil günləri (ümumi təhsil müəssisələrində payız tətili ilə əvəz olunmaqla) müəyyən edilsin;

1.2. məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələrinin fəaliyyəti dayandırılsın.

2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları və dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri bu Qərarın icrası ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etsinlər".

Xəbər lenti
0