Bakının AVRO-2020-yə ev sahibliyi edəcək şəhərlərin siyahısından çıxarılacağı iddia edildi

© sampics / Mediabanka keçidТалисман ЕВРО-2020 Скиллзи
Талисман ЕВРО-2020 Скиллзи - Sputnik Azərbaycan
Abunə olmaq
The Sun qəzetinin yaydığı xəbər görə, UEFA 2021-ci ildə baş tutacaq Avropa çempionatının formatını ciddi şəkildə dəyişə bilər.

BAKI, 16 oktyabr — Sputnik. İngilis mətbuatı Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) koronavirusla bağlı çətin epidemioloji vəziyyətə görə 2021-ci ildə Avropa Futbol Çempionatının oyunlarının keçiriləcəyi şəhərlərin siyahısını məhdudlaşdıra biləcəyini iddia edir. Siyahıdan çıxarılacaq ilk namizədlər arasında isə Bakı və Sankt-Peterburq şəhərləri var.

Qeyd edək ki, gələn yay AVRO-2020 Avropanın 12 şəhərində təşkil edilməli idi. Pandemiya səbəbindən "AVRO-2020" adını saxlayan turnirin 11 iyun - 11 iyul 2021-ci il tarixləri arasında keçirilməsi nəzərdə tutulur.

"UEFA-da etiraf edirlər ki, 2021-ci ildə çempionatın planlaşdırıldığı kimi 12 şəhərdə keçirilməsi mümkün olmayacaq. Amma UEFA-nın televiziya şirkətlərindən bu məqsədlə milyonlarla vəsait aldığını nəzərə alsaq, hər bir halda turnir baş tutacaq. Ən pis halda turnir yalnız bir ölkənin dörd stadiondan istifadə edilməklə keçiriləcək. Hərəkəti azaltmaq üçün tunirə ev sahibliyi edəcək şəhərlərin sayının məhdudlaşdırılması nəzərdə tutulur. Hazırda Ermənistanla münaqişə vəziyyətində olan Azərbaycanın paytaxtı Bakı və Rusiyanın Sankt-Peterburq şəhərləri bu siyahısında öndədir", – deyə "The Sun" qəzeti yazır.

Qeyd edək ki, UEFA AVRO-2020-nin həlledici oyunlarına Bakı, Budapeşt, Münhen, Kopenhagen, Dublin, Bilbao, Roma, Amsterdam, Sankt-Peterburq, Buxarest, Qlazqo və Londonun ev sahibliyi etməsi planlaşdırılır. Həlledici oyunların (iki yarımfinal və final) isə Londonun Uembli stadionunda keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti
0