BAKI, 15 oktyabr — Sputnik. "Ermənilər nə vaxt öyrənəcəklər ki, los-anceleslilər Ermənistana heç tüpürmürlər? Bu qədər narahatsınızsa, geri qayıdın və öz ölkəniz üçün vuruşun. Bizdən bunu etməyi gözləməyin! Biz bunu etməyəcəyik!"
Sputnik Azərbaycan xəbər verir ki, bunu məşhur amerikalı radio tok-şou aparıcısı Tom Laykis "Twitter" səhifəsində yazıb.
When will Armenians learn that Angelenos don't give a SHIT about Armenia? If you care so much, go back and fight for your own country. Don't expect US to do it ! We're NOT going to do it! #Armenia #ArmenianArmy https://t.co/7FMlD8VBWT
— Tony Quarantino (@tomleykis) October 14, 2020
Bir müddət əvvəl Los-Ancelesdə yaşayan ermənilər Azərbaycanın öz torpaqlarını işğalçı Ermənistan ordusundan təmizləməsinə "etiraz" adı altında Burbank şəhərinin 134 saylı magistralını qanunsuz olaraq bağlayaraq nəqliyyata maneə törədiblər və bir çox los-anceleslinin qəzəbinə səbəb olublar.
Qeyd edək ki, Laykis "The Tom Leykis Shaw" radio şousuna 1994-2009-cu və 2012-2018-ci illərdə aparıcılıq etməsi ilə tanınır.
Ermənistan silahlı qüvvələrinin 27 sentyabr təxribatı
Xatırladaq ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.