SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Kreml Qarabağa sülhməramlıların yerləşdirilməsi üçün şərti açıqlayıb

© Sputnik / Mikhail Voskresensky / Mediabanka keçidRusiyalı hərbi qulluqçular, arxiv şəkli
Rusiyalı hərbi qulluqçular, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İstənilən sülhməramlıların, müşahidəçilərin istənilən yerləşdirilməsi yalnız hər iki tərəfin razılığı ilə mümkündür

BAKI, 15 oktyabr — Sputnik. Sülhməramlıların Qarabağda yerləşdirilməsi yalnız Ermənistan və Azərbaycanın razılığı ilə mümkündür. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Birinci dərəcəli sual - buna qarşıduran tərəflər, məhz Azərbaycan və Ermənistan hazırdırmı? İstənilən sülhməramlıların, müşahidəçilərin istənilən yerləşdirilməsi yalnız hər iki tərəfin razılığı ilə mümkündür", - deyə Peskov "Rusiyanın öz sülhməramlı kontingentini Dağlıq Qarabağa göndərməyə hazırdırmı" sualına cavab olaraq jurnalistlərə bildirib.

O əlavə edib ki, "hələlik biz sizinlə buna cavab eşitməmişik".

Qeyd edək k, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Təcili yardım avtomobili - Sputnik Azərbaycan
HADİSƏ
Tərtərdə baş verən erməni terroru nəticəsində ölənlərin sayı dördə çatıb

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.

Azərbaycan ordusunun əks-hücum əməliyyatı zamanı Cəbrayıl rayonu, Hadrut qəsəbəsi də daxil olmaqla bir sıra yaşayış məntəqələrimiz işğaldan azad olunub.

10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının xarici işlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.

Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayacaqlar.

Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq ediblər.

Xəbər lenti
0