Şahpəri Abbasova, Sputnik Azəbaycan
BAKI, 15 oktyabr — Sputnik. Son günlər davam edən müharibəyə qardaş Türkiyənin məşhur sənət adamlarının dəstəyi davam edir. Sputnik Azərbaycan xəbər verir ki, bu dəfə bu axına Türkiyənin məşhur müğənni-bəstəkarı Sinan Akçıl da qoşulub. O, Azərbaycanla bağlı həmkarlarına müraciət edib. Məşhur Azərbaycanın Ermənistan tərəfindən son hücumlara məruz qalmasına, torpaqların işğaldan azad edilməsinə və Gəncəyə raket hücumu nəticəsində mülki şəxslərin həlak olmasına səssiz qalan sənətçiləri qınayıb. Sinan Azərbaycan əsgərinin Suqovuşana bayraq sancdığı anın görüntülərini paylaşaraq belə şərh yazıb: "Həqiqi qəhrəmanlığı izləmək istəyirsənsə, bura bax. Bütün qəlbimlə deyirəm ki, keçmiş olsun, Gəncə! Mən də daxil olmaqla Azərbaycandan pul qazanan, hər dəfə möhtəşəm qarşılanan, sevgiyə boğulan müğənni dostlar, siz də bir az diqqətli olun".
Türkiyənin məşhur moda məsləhətçisi İvana Sərt də Azərbaycana dəstək paylaşımı edib. Modelyer "Instagram" hesabında Azərbaycan və Türkiyə bayraqlarını əks etdirən foto yayımlayıb. İvana paylaşımına "İki dövlət, tək millət. Azərbaycan, yanındayıq" sözlərini yazıb.
View this post on InstagramIki devlet bir millet ❤️🙏❤️ #azerbaijan #azerbaycantürkiye YANINDAYIZ 🇦🇿🇹🇷
Bundan əlavə, ötən gün pop ulduz Demet Akalın "Erməni aqressiyasına son" həştəqi ilə fotonu, Murad Boz Azərbaycan bayrağı ilə işlənən şəklini, Alişan Günel Zeynalovanın "Hesap günü" mahnısını paylaşaraq ölkəmizə dəstəyini ifadə edib.
View this post on Instagram