"Youtube" bəzi videoları siləcək

© AFP 2024 / MARTIN BUREAUYoutube proqramı, arxiv şəkli
Youtube proqramı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Videohostinqin rəsmisi bəyan edib ki, COVID-19 peyvəndi ilə bağlı yerli səhiyyə orqanlarının və Ümumdünya Səhiyyə Təşkilatının qərarlarına zidd istənilən kontent dərhal aradan qaldırılacaq

BAKI, 15 oktyabr — Sputnik. ABŞ-ın "Google" şirkətinə məxsus "Youtube" videohostinqi koronavirus əleyhinə peyvəndlə bağlı səhv məlumatları əks etdirən videoları siləcək. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə "Youtube" rəsmisi açıqlama verib: "COVID-19 əleyhinə peyvəndin tətbiqinə başlanması gözlənilir. Bu səbəbdən də biz COVID-19 peyvəndi ilə əlaqəli səhv və qeyri-dəqiq məlumatları aradan qaldırmaq kimi doğru siyasəti izləyəcəyik. Bu peyvəndlə bağlı yerli səhiyyə orqanlarının və Ümumdünya Səhiyyə Təşkilatı mütəxəssislərinin qərarına zidd istənilən kontent dərhal silinəcək".

Qeyd edək ki, bundan əvvəl "Facebook" rəhbərliyi də insanları koronavirusa qarşı peyvənd etdirməməyə çağıran məlumatlara qadağa qoyacağını bəyan etmişdi.

"Youtube" istifadəçilərə videoçarxları saxlamaq, paylaşmaq, dəyərləndirmək və şərh etmək imkanı verən "Google" şirkətinə məxsus videohostinqdir.

Xəbər lenti
0