CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ombudsman: “Azərbaycana qarşı törədilən hücum terror hadisəsidir”

© Sputnik / Murad OrujovAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva  - Sputnik Azərbaycan
Abunə olmaq
Ombudsman Səbinə Əliyeva deyir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinə layiqli və ədalətli şəkildə reaksiya verilməsi beynəlxalq təşkilatlardan tələb edilib
Səbinə Əliyeva: “Vətəndaşlarımızın bütün hüquq və azadlıqları bərpa olunacağına inanırıq”

“Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn bütün norma və prinsiplərini, o cümlədən, mülki şəxslərin müdafiəsi haqqında Cenevrə və hərbi konfliktlər zamanı mədəni dəyərlərin qorunması haqqında Haaqa konvensiyalarını kobud şəkildə pozaraq bilərəkdən mülki əhaliyə zərbə endirir”. Bunu Ombudsman Səbinə Əliyeva Sputnik Azərbaycan-a raket hücumuna məruz qalmış Gəncə şəhərində keçirilmiş hüquq və azadlıqlarının pozulmasına dair faktaraşdırıcı missiya barədə danışarkən deyib.

O bildirib ki, Ombudsman Aparatı tərəfindən Azərbaycan əhalisinin bütün fundamental hüquq və azadlıqlarının pozulmasına dair faktaraşdırıcı missiya həyata keçirilib: “Bu missiya nəticəsində hesabat hazırlanıb. Həmin hesabat artıq bütün nüfuzlu beynəlxalq təşkilatlara göndərilərək onlardan tələb edilib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinə layiqli və ədalətli şəkildə reaksiya versinlər. Azərbaycana qarşı törədilən bu hücum terror hadisəsidir. Biz tezliklə torpaqlarımızda sülh bərqərar olacağına, bizim vətəndaşların bütün hüquq və azadlıqları bərpa olunacağına inanırıq” .

İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələri oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən Gəncə şəhərinin mərkəzi hissəsini raket atəşinə tutub. Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutulması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 35 nəfər yaralanıb. Bundan başqa, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.

Səbinə Əliyevanın fikilərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0