Türkiyə futbolçuları Millətlər Liqasının qrup turnirində öz meydanlarında Serbiya komandası ilə heç-heçə oynayıblar.
Rusiya yığmasının B Liqasının üçncü qrupu üzrə rəqiblərinin İstanbulda keçirilən görüşü 2:2 hesabı ilə başa çatıb. Türklərin heyətində Hakan Çalhanoğlu (57-ci dəqiqə) və Ozan Tufan (76) fərqləniblər. Qonaqlarda topları Sergey Milinkoviç-Saviç (22) və Aleksandar Mitroviç (49, penaltidən) fərqləniblər. Oyunun sonlarında türklər azlıqda qalıblar, Burak Yılmaz meydançadan qovulub.
Türkiyə yığması dörd turdan sonra 3 xal yığıb, Serbiya komandasının 2 xalı var. Rusiya millisi qrup lideridir (8 xal).
Digər oyunların nəticələri:
B Liqası
Bolqarıstan - Uels - 0:1.
Dördüncü qrupda vəziyyət: 1. Uels (10), 2. Finlandiya (9), 3. İrlandiya (2), 4. Bolqarıstan (1);
Norveç - Şimali İrlandiya - 1:0,
Rumıniya - Avstriya - 0:1.
Birinci qrupda vəziyyət: 1. Avstriya (9), 2. Norveç (9), 3. Rumıniya (4), 4. Şimali İrlandiya (1);
Slovakiya - İsrail - 2-3,
Şotlandiya - Çexiya - 1:0.
İkinci qrupda vəziyyət: 1. Şotlandiya (10), 2. Çexiya (6), 3. İsrail (5), 4. Slovakiya (1).