Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ermənistanda enerji təhlükəsizliyi problemi var - Metsamor onu xilas etməyə qadir deyil

© Sputnik / Vitaly Timkiv / Mediabanka keçidЦистерны для нефтепродуктов
Цистерны для нефтепродуктов - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkənin tez-tez dəyişən xarici siyasət kursu beynəlxalq səviyyədə Ermənistana dair etibarsız tərəfdaş imici formalaşdırıb və bu da enerji təhlükəsizliyi məsələsini daim sual altında saxlayır.

BAKI, 15 oktyabr — Sputnik. Təbii ehtiyatlarla zəngin olmayan, məhdud enerji qaynaqlarına malik Ermənistanda daxili enerji mənbələri enerji tələbatının cəmi 30-35 faizini təmin edir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, Ermənistanın enerji mənbələri əsasən Rusiya, İran və Avropa ölkələrindən idxal olunur. Bu zaman isə Ermənistanın enerji sektorunun qarşısında üç əsas problem meydana çıxır: daima yaranan təchizat boşluğunun həlli, enerji təchizatı etibarlığının qorunması, tariflərin daima əlçatan olaraq saxlanılması.

Министр энергетики республики Парвиз Шахбазов - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Pərviz Şahbazov: “Ermənistan Xəzər regionunun təhlükə zonası kimi qalmasında maraqlıdır”

Ermənistanda ümumi enerji təchizatının 57 faizi təbii qaz, 20 faizi nüvə yanacağı, 11 faizi bərpa olunan enerji mənbələri, 10 faizi neft və 2 faizi kömür və digər mənbələr hesabına həyata keçirilir. Ölkədə təsdiqlənən neft və ya təbii qaz ehtiyatları yoxdur və ölkə idxaldan asılıdır (ümumi enerji təchizatının 65-70 faizi). Neft və neft məhsulları əsasən Gürcüstan, İran, Rusiya və bəzi Avropa ölkələrindən idxal olunur. Təbii qaz Rusiyadan Gürcüstan ərazisindən tranzit keçən boru kəməri ilə və elektrik enerjisi əvəzinə barter müqaviləsi əsasında İrandan idxal olunur. Eyni zamanda, nüvə yanacağının da Ermənistan üçün əsas təchizatçısı Rusiyadır.

Ermənistanda elektrik enerjisi istehsalı əsasən 3 mənbə hesabına həyata keçirilir: 1) stansiyanın il ərzində işləmə müddətinə və nüvə yanacağının idxal səviyyəsinə uyğun olaraq elektrik enerjisi tələbatının 25-50 faizini istehsal edən Metsamor atom elektrik stansiyası; 2) yağıntıların səviyyəsindən asılı olaraq ölkənin ehtiyaclarının təxminən 20-40 faizini təchiz edən hidroelektrik stansiyalar; 3) qalan hissəsi təbii qazla işləyən istilik elektrik stansiyalarıdır. 2019-cu ildə Ermənistanda istehsal olunan elektrik enerjisinin həcmi 7,3 milyard kVts olub. Onun da 27,8 faizi nüvə elektrik stansiyasında, 39,9 faizi istilik elektrik stansiyalarında, 32,2 faizi SES-lər də daxil olmaqla bərpa olunan enerji mənbələri hesabına və 0,1 faizi isə digər mənbələr hesabına istehsal olunub. İstehsal olunan elektrik enerjisinin 6,2 milyard kVts-ı ölkə daxilində istehlak olunub, 0,2 milyard kVts elektrik enerjisi idxal edilib və 1,3 milyard kVts-ı ixrac olunub.

Əsas sərhədyanı qonşu ölkələrlə (Azərbaycan və Türkiyə) siyasi münasibətlərin gərgin olması nəticəsində enerji şəbəkələrinin sinxronlaşdırılmaması, Azərbaycan və Türkiyə bazarlarının Ermənistan üçün bağlı olması ölkənin elektrik enerjisi ixracına ciddi mənfi təsir göstərir.

Ölkənin əsas elektrik istehsalı müəssisəsi olan Metsamor stansiyası təkcə Ermənistan üçün deyil, bütün region üçün təhlükəli hesab olunur və istismardan çıxarması ilə əlaqədar Ermənistana beynəlxalq təzyiqlər mövcuddur. Bununla belə, Ermənistan hökuməti bu stansiyanı bağlamaq istəmir və stansiyanın istismar müddətinin 2028-ci ilə qədər uzadılması məqsədilə tələb olunan təxminən 300 milyon ABŞ dolları vəsaiti Rusiya krediti hesabına maliyyələşdiriləcək. Lakin ölkədə elektrik enerjisinə olan tələbatın illik 2-3 faiz artacağını nəzərə alaraq, Metsamor stansiyasının əvəzlənməsi ilə bağlı təzyiqlərin artması enerji sabitliyi baxımından ölkənin qarşısında duran ciddi bir problem olaraq qalır. Ermənistan isə öz növbəsində Rusiyadan daha çox qaz idxal etməmək üçün region üçün ekoloji təhdid hesab olunan Metsamor stansiyasının fəaliyyətini davam etdirməsinə üstünlük verir.

Ракета реактивной системы залпового огня (РСЗО) Смерч на территории Мингечевирской ГЭС - Sputnik Azərbaycan
QARABAĞ
Ermənistanın enerji infrastrukturlarını hədəfə alması digər ölkələrə də təhlükə yaradır

Təbii qaz ölkənin enerji sektorunda yüksək paya malikdir. Ölkənin daxili bazarında təbii qazın nəqli, saxlanması, paylanması və satışı ilə bağlı bütün xidmətlər Rusiyanın Qazprom şirkətinin 100 faiz törəmə müəssisə olan "Qazprom Armenia" tərəfindən göstərilir. 2014-cü ilin yanvarından etibarən bu şirkət Ermənistan hökumətinin nəzarətində olan son 20 faizlik payı satın alaraq ölkədə vahid qaz təchizatçısına çevrilib. Ermənistanın elektrik enerjisinə olan tələbatının 2019-cu il üzrə təxminən 40 faizini təmin edən istilik elektrik stansiyaları təbii qazla işləyir və bu da Ermənistanı idxal olunan Rus qazından asılı vəziyyətə gətirir.

Ermənistana qaz təchizatı əsasən 2 boru kəməri vasitəsilə həyata keçirilir: İran-Ermənistan qaz kəməri və Rusiya-Gürcüstan-Ermənistan boru kəməri. İran-Ermənistan qaz kəməri Ermənistanın qaza olan tələbatını (illik 2,3-2,5 milyard kubmetr) təxminən 2 qatı həcmində ölkəni qaz ilə təmin etmək gücünə malikdir. İstifadəyə verildiyi ilk illərdə İran təbii qazı ilə Ermənistan elektrik enerjisi barter olunurdu. Lakin ölkənin qaz təchizatının Rusiya şirkətinin inhisarına keçməsi İran qazına olan marağı azaldıb.

Ermənistan üçün Rusiya qazı tarixən güzəştli şərtlərlə satılıb və 2014-2019-cu illər ərzində qazın 1000 kub metrinin orta qiyməti 165 ABŞ dolları səviyyəsində olub. Bu isə Rusiyanın Avropaya satdığı qazdan təxminən 50 faiz daha ucuz qiymətdir. Yaranan fərq isə Rusiya hökuməti tərəfindən subsidiyalaşdırılıb. Eyni zamanda, Rusiya-Gürcüstan-Ermənistan boru kəməri ilə Ermənistana idxal olunan qaza görə Ermənistan Gürcüstana Ermənistana çatmalı olan qazın təxminən 10 faizi həcmində tranzit haqqı ödəyir ki, bu da Rusiyanın Ermənistana güzəştli şərtlərlə satdığı qazın həcmini artırmaqla qaz satışı ilə əlaqədar itkilərini daha da çoxaltmış olur.

2020-ci ildən etibarən koronavirus pandemiyasının genişlənməsi nəticəsində qlobal iqtisadiyyatda tələbin kəskin azalması təbii qaz tariflərinə də təsirsiz ötüşməyib. Belə ki, ilin 1-cü rübündən etibarən qaz tarifləri kəskin ucuzlaşıb və Rusiyanın Avropaya satdığı təbii qazın qiyməti hər 1000 kub metr üçün 65-87 ABŞ dolları səviyyəsində dəyişib ki, bu da Ermənistana satılan qazın dəyərindən 2-2,5 dəfə aşağı qiymət olub. Belə olan halda Ermənistan daha ucuz qaz əldə etmək üçün İranla danışıqlara başlanılması və ya Rusiya ilə tariflərin yenidən nəzərdən keçirilməsi məsələsini qaldırıb. Bu isə Ermənistanın enerji təchizatında və təhlükəsizliyində daima xüsusi rol oynayan Rusiyaya Ermənistan tərəfindən vurulan zərbə olardı.

Ümumilikdə Ermənistanda kommunal sektorun inhisarlaşması, xarici bazarlara çıxış imkanlarının məhdud olması ölkədə kommunal xidmətlərin tariflərinin yüksək olması ilə nəticələnib. Qeyd olunan faktor isə özünü istehlak səbətində əks etdirib və kommunal xidmətlərin istehlak səbətində payı son illər ortalama olaraq 17-20 faizlik səviyyədə olub.

Görüş - Sputnik Azərbaycan
Ermənistanın işğalçılıq siyasəti region dövlətləri üçün təhlükə mənbəyidir - Spiker

Təhlil göstərir ki, hər bir ölkə üçün iqtisadi təhlükəsizliyin əsas komponenti olan enerji təhlükəsizliyi Ermənistanda təmin edilməyib.

Ermənistanın enerji təhlükəsizliyi bütün region üçün ekoloji təhdid sayılan Metsamor stansiyası üzərində qurulub. Metsamor stansiyasının əvəzlənməsi nəticəsində yaranacaq enerji defisitinin qısa müddətdə təmin olunması yalnız istilik elektrik stansiyalarının hesabına mümkündür. Ermənistan isə stansiyanın istismar müddətini uzatmaqla Rusiyadan daha çox qaz almaq və qazdan asıllılığını daha da artırmaq istəmir.

Ölkənin tez-tez dəyişən xarici siyasət kursu beynəlxalq səviyyədə Ermənistana dair etibarsız tərəfdaş imici formalaşdırıb və bu da enerji təhlükəsizliyi məsələsini daim sual altında saxlayır. Ermənistanın sərgilədiyi sürüşkən siyasi mövqe və təcavüz siyasəti ölkəni mühüm regional və qlobal enerji layihələrindən kənarda qoyub və Ermənistan coğrafi baxımdan əlverişli tranzit imkanlarından məhrum olub.

Xəbər lenti
0