Danimarka yığması Millətlər Liqasında İngiltərəni məğlub edib

© REUTERS / TOBY MELVILLEФутболисты сборной Дании радуются победе
Футболисты сборной Дании радуются победе - Sputnik Azərbaycan
Abunə olmaq
UEFA Millətlər Liqasında qrup mərhələsinin oyununda Danimarka millisi səfərdə İngiltərə komandasını məğlub edib.

A Liqasının Londonda keçirilmiş qarşılaşması 1:0 hesabı ilə başa çatıb. Yeganə topu 35-ci dəqiqədə penaltidən Kristian Eriksen vurub. İngiltərə millisi 32-ci dəqiqədən etibarən Harri Maquayrın meydandan çıxarılmasından sonra on nəfərlə oynayıb.

Bu qrupun digər görüşündə Belçika yığması İslandiyaya qalib gəlib - 2:1. Qrupda 4 turdan sonra 9 xalla Belçika liderdir. İkinci yeri danimarkalılarla ingiltərəlilər bölüşürlər (7 xalla), heç bir xal toplamayan İslandiya sonuncu yerdədir.

Danimarka, Belçika və Rusiya yığmaları AVRO-2020-sə B qrupunda çıxış edəcəklər. Bu qrupa Finlandiya da daxildir. Danimarka - Rusiya oyunu 2021-ci il iyunun 21-də Kopenhagendə, Rusiya - Belçika oyunu isə iyunun 21-də Sankt-Peterburqda keçiriləcək.

 

Xəbər lenti
0