Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Həkimlər dünyada bir ilki qeydə aldılar: COVID-19-a təkrar yoluxan qadın öldü

© AP Photo / David J. PhillipПациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии, фото из архива
Пациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Avqustun sonunda virusoloq Marion Kopmans deyib ki, Niderlandda ilk dəfə təkrar yoluxma immun sistemi zəif olan yaşlı xəstədə qeydə alınıb.

BAKI, 13 oktyabr — Sputnik. Niderlandda ikinci dəfə yeni tip koronavirusa yoluxan 89 yaşlı qadın dünyasını dəyişib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Oksford Universitetinin saytında qeyd olunub.

Holland alimlər bildiriblər ki, qan xəstəliyi və immun çatışmazlığından əziyyət çəkən qadın COVID-19-dan sağalandan iki ay sonra təkrar yoluxub. Bir neçə gün sonra vəziyyəti pisləşib, xəstəxanaya aparılandan iki həftə sonra isə orada dünyasını dəyişib.

Niderlandın BNO nəşri qeyd edir ki, bu, təkrar yoluxmadan ilk ölüm halıdır.

Avqustun sonunda virusoloq Marion Kopmans deyib ki, Niderlandda ilk dəfə təkrar yoluxma immun sistemi zəif olan yaşlı xəstədə qeydə alınıb.

Xəbər lenti
0