Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Energetika Nazirliyi vətəndaşların müraciət sayını açıqladı

© AFP 2024 / JUSTIN SULLIVANПортфель чиновника, фото из архива
Портфель чиновника, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu ilin 9 ayı ərzində 2787 müraciət Energetika Nazirliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən müvafiq qaydada araşdırılaraq cavablandırılıb

BAKI, 12 oktyabr — Sputnik. 2020-ci ilin 9 ayı ərzində Energetika Nazirliyinə və tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə istehlakçı hüquqlarının qorunması, elektrik enerjisi və təbii qaz təchizatı və digər məsələlərlə bağlı 3468 müraciət daxil olub.

Nazirlikdən Sputnik Azərbaycan-a məlumat verilib ki, müraciətlərin 2190-ı elektrik enerjisi, 415-i təbii qaz təchizatı, 863-ü isə digər məzmunlu məsələləri əhatə edib. Bunlardan 238-ni qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubları təşkil edib.

Müraciətlər əsasən texniki şərtin verilməsi, enerji təchizatı şəbəkəsinə qoşulma, sayğaclarda yaranan qüsurlar, elektrik qurğu və avadanlıqlarının istismara yararsız olması, elektrik enerjisinin keyfiyyəti, elektrik enerjisi və təbii qaz təchizatında yaranan fasilələr, qazlaşdırma, borc və cərimələr, qaz sızması, sayğaclaşdırma, istilik təchizatı, işlə təminat və digər məsələləri əhatə edib.

Bu dövr ərzində 2787 müraciət Energetika Nazirliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən müvafiq qaydada araşdırılaraq cavablandırılıb.

Hesabat dövründə, həmçinin Energetika Nazirliyinin "Facebook" səhifəsi vasitəsilə 80 müraciət daxil olub ki, həmin müraciətlər üzrə sorğular operativ qaydada cavablandırılıb, şikayət tipli müraciətlər isə Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən aidiyyəti üzrə araşdırılaraq icrası təmin edilib və vətəndaşa cavab göndərilib.

Xatırladaq ki, xüsusi karantin rejiminin davam etdiyi müddətdə vətəndaşlar müraciətlərini (012) 598-16-53/54 (daxili: 1145, 1146) telefon nömrələri, (012) 598-16-55 "Qaynar xətti" və "974" Çağrı mərkəzi", www.minenergy.gov.az internet səhifəsi, minenergy@minenergy.gov.az və office@regulator.gov.az elektron poçt ünvanları vasitəsilə Energetika Nazirliyinə və Enerji Məsələlərini Tənzimləmə Agentliyinə ünvanlaya bilərlər.

Xəbər lenti
0