Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 12 oktyabr — Sputnik. Bakıda akkreditasiya olunan xarici diplomatlar və beynəlxalq təşkilatlar Ermənistan Baş naziri Nikol Paşinyanın Gəncə şəhərinin dinc sakinlərinə qarşı törətdiyi hərbi cinayətləri öz gözləri ilə gördülər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də bildirib.
O, həmçinin qeyd edib ki, diplomatlar, həmçinin günahsız qurbanların xatirələrini yad etmək məqsədilə hadisə yerinə güllər qoyublar.
Foreign diplomats and heads of international organizations accredited in Baku have seen with their own eyes war crimes commissioned by Armenia's prime minister against civilians of Ganja city. They also put flowers to incident area to pay tribute to memory of innocent victims. pic.twitter.com/MupfsENbM2
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 12, 2020