BAKI, 12 oktyabr — Sputnik. Azərbaycandakı diplomatik korpusların rəhbərləri, səfirlər, hərbi attaşelər, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Gəncə və Mingəçevirə səfər edəcəklər.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də bildirib.
With @AzerbaijanMFA taking diplomatic corps, Ambassadors, Head of Delegations, Military attaches, Head of International Org to #Ganja and #Mingachevir. Crime scenes of #Armenia's reckless missile attacks to innocent civilians and critical energy infrastructure. #PrayForGanja
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 12, 2020
Hikmət Hacıyev vurğulayıb ki, səfərin məqsədi onları Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət yerləri ilə tanış etməkdir.
Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin oktybarın 11-də gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 9 dinc sakin həlak olub, 35 nəfər yaralanıb.