QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Uşaqlığı müharibədə partlayan uşaqlar

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidОбострение ситуации вокруг Нагорного Карабаха
Обострение ситуации вокруг Нагорного Карабаха - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda heç kim düşmənin əlisilahsız vətəndaşını, mülki şəxsini hədəf almaz, heç kim! Biz sülh istəyirik! Öz torpaqlarımızda sülh içərisində yaşamaqdan başqa istəyimiz yoxdur

BAKI, 12 oktyabr — Sputnik. 7x7 həftənin ən yaddaqalan hadisələrini şərh edir.

Papağını qabağına qoymaq vaxtı

Bir müddət öncə “7 şərt”dən dəm vuran Paşinyanın son həftə ərzində qapısını döymədiyi, dəng etmədiyi dünya lideri qalmadı. Erməni baş nazirin təşvişi anlaşılandır – cəbhədə ağır itkilər var, mövqelər itirilir, siyasi karyera da risk altındadır, ona “süni nəfəs” vermək lazımdır.

Beləliklə, Azərbaycan humanitar atəşkəsə razılaşdı. Bu həm də düşmənə papağını qarşısına qoyub düşünmək üçün verilən son şansdır. Bu şans da fövtə verilsə, ola bilər ki, o papaq da boş qalsın.

İlham Əliyev, arxiv şəkli - Sputnik Azərbaycan
QARABAĞ
Azərbaycan Prezidenti: "Ermənistana axırıncı şans veririk, axırıncı şans!"

Uşaqlığı müharibədə partlayan uşaqlar

Ötən həftə ermənilən Gəncəyə raket hücumundan sonra kadrlarda iki görüntü ürək dağlayırdı - dağıntılar arasındakı məktəbli çantası və atasının qucağında ağlayan körpə. Fotolar bəndənizi də birinci Qarabağ savaşına apardı. Bir hadisəni heç vaxt unutmuram – kəndimiz (Güləbird, Laçın) “Qrad”la atəşə tutulmuşdu, bütün qadınları, uşaqları yığıb kəndin üstündəki mağaralara yığmışdılar. Uşaqlar qorxa-qorxa analarına sarılmışdılar...

Biz erməni uşaqların hansısa bunkerlərə yığılmasını, o cür həyəcan keçirməsini istəmirik. Azərbaycanda heç kim düşmənin əlisilahsız vətəndaşını, mülki şəxsini hədəf almaz, heç kim! Biz sülh istəyirik! Öz torpaqlarımızda sülh içərisində yaşamaqdan başqa istəyimiz yoxdur.

İntizam

COVID-19-un yayılmağa başladığı Çində gün ərzində qeydə alınan infeksiyaların sayı artıq cəmi onlarladır. Rusiyada Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin virusoloqu Anatoli Altşteyn bildirib ki, koronavirusa yoluxanların sayında artımın az olması yüksək intizam və karantinin effektivliyi ilə əlaqəlidir.

Son günlər ölkəmizdə koronavirusa tutulan xəstələrin sayında ciddi artım müşahidə olunur. Səbəbini tapmaq üçün çox baş sındırmaq lazım deyil – ictimai nəqliyyatda çənələrdə dayanan maskalar bu suala cavab verir.

Ультраортодоксальные евреи в защитных масках в парке в Тель-Авива, Израиль - Sputnik Azərbaycan
İsraildə hər dərdin çarəsi var: Cəmi otuz saniyəyə...

Bu arada rusiyalı virusoloq və professor Viktor Zuyev bildirib ki, koronavirusun yayılmasının qarşısını almaq üçün şəhərlərin bağlanmasından daha effektiv bir yol var, o da cərimələrin sərtləşdirilməsidir. Əsl bizim üçün yazılmış reseptdir.

Milli komanda isə döyüşmədi

Ötən həftə UEFA Millətlər Liqasında Monteneqro-Azərbaycan oyunu meydan sahiblərinin qələbəsi ilə başa çatdı: 2:0

“Qarabağ”ın iki həftə öncə Polşada “Legiya” ilə sərgilədiyi qətiyyətdən sonra eyni gözlənti millilərimizə qarşı da yaranmışdı. Amma oyunçularımız döyüşmədən təslim oldular.

Oyundan bir neçə gün öncə keçirilən məşqə futbolçularımızdan bir çoxu köynəklərinə “Şuşa”, “Ağdam” yazdıraraq çıxanda çoxumuz, təbii olaraq, meydanda ölüm-dirim mübarizəsi gözləyirdik.

Distant təhsil özünü doğruldurmu?

ABŞ-ın Kolorado ştatında məktəbli evdə internetin zəif olması səbəbindən qəbiristanlıqda distant təhsil almaq məcburiyyətində qalıb. Məsələ burasındadır ki, 15 yaşlı K.Raelin valideynləri ilə təpələrin əhatəsində olan bir evdə yaşayır və bu səbəbdən də evdə sürətli internetin təmin oluna bilməsi qeyri-mümkündür, eyni zamanda küləkli və ya yağışlı hava şəraitində internetlə əlaqə itir.

Görünən odur ki, internetin əlçatanlılıq problemi, distant təhsilin keyfiyyəti məsələsi bütün dünyada problemdir. Burada ən ciddi məsələ odur ki, nəzəri bilikləri virtual olaraq qismən ötürmək mümkündürsə, praktik bacarıqların aşılanması qeyri-mümkündür. Dünya isə bu gün bacarıqlar əsrində yaşayır, saralmış mühazirə vərəqləri yeni texnologiyalar dövründə heç kimə lazım deyil.

Tıxacda keçən ömür

Paytaxtın girişində aparılan genişmiqyaslı işlər  - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakı-Sumqayıt yoluna çarə ediləcək, amma 20 il sonra

Bakı və Sumqayıt şəhərlərini birləşdirəcək yeni magistral avtomobil yolunun inşası planlaşdırılır. Dərhal sevinməyək, hələ həmin vaxta çox var – bu, 2027-ci ildə baş verəcək. O vaxta qədər isə tıxaclara dözməli olacağıq. Baxmayaraq ki, bu yaxınlarda bu yol bir qədər genişləndirildi, amma nəticəsi arzuladığımız deyil. Faktiki olaraq, ömrümüz tıxaclarda keçir. Gəlin, kiçik bir hesablama ilə məsələnin ciddiliyinə baxaq: Ayın 26 günü bu yoldan istifadə edən sərnişin yalnız tıxaclarda gündəlik təxminən 1 saat vaxt itirir. Bu il ərzində 312 saat deməkdir. Başqa sözlə, 15,5 gün. 50 il üçün bu 650 gün deməkdir.

Kiberhücum həftəsi

Hakerlərimiz düşmənin bir neçə qurumunun, o cümlədən Ermənistan Müdafiə Nazirliyinin saytını dağıtdılar. Ermənistan tərəfinin gücü isə Azərbaycan Müdafiə Nazirliyi adına saxta "Instagram" hesabları açmağa çatdı.

Şübhəsiz, müharibə həm də informasiya cəbhəsində gedir. Birincisi, öz resurslarını kiberhücumlardan qorumalısan, ikincisi isə düşmənin dezinformasiya həmlələrini bloklamalı, doğru informasiyanın ictimaiyyətə çatdırılmasına çalışmalısan. İnsafən, deməliyik ki, bu dəfə bu istiqamətdə də düşmən ölkədən kifayət qədər üstün olduq. Düşmənin feyk-nyuslarla yüklü “absurd maşını” da darmadağın edildi.

Xəbər lenti
0