“Döyüş bölgələrində fəaliyyət göstərən jurnalistlər akreditasiyadan keçməlidir və hərəkət istiqamətləri razılaşdırılmalıdır”. Bunu Sputnik Azərbaycan-a cəbhə bölgəsində jurnalistlərin fəaliyyətini şərh edərkən professor Qulu Məhərrəmli deyib.
O bildirib ki, jurnalistlər döyüşləri müşahidə etmək istəyirlərsə, xüsusi təhlükəsizlik qaydalarına əməl etməlidirlər: “Verilən informasiyaların dəqiq və qərəzsiz olması başlıca tələblərdəndir. Mövcud şəraitdə jurnalistlər üçün mövzularda hədsiz çoxdur. Bir məqam da odur ki, jurnalistlər hazırladıqları materiallarda qızışdırıcı sifətlərdən istifadə etməməlidir. Jurnalistin işi ancaq informasiya çatdırmaqdır”.
Qeyd edək ki, Azərbaycan Mətbuat Şurası hərbi əməliyyatların intensiv xarakter aldığı bu günlərdə jurnalistlərin peşə borcunu cəbhə bölgəsinə yaxın ərazilərdə, təmas xəttində həyata keçirən media təmsilçilərini uyğun tərzdə qurmağa, qaydalarda nəzərdə tutulanlara, xüsusən təhlükəsizliklə əlaqədar məsələlər əməl etməyə çağırıb.
Qulu Məhərrəmlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz