SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qırğızıstanda ara qarışdı: Atambayevi həbsə, parlamentin spikerini istefaya göndərdilər

© AP Photo / Vladimir VoroninСитуация в Киргизии
Ситуация в Киргизии - Sputnik Azərbaycan
Abunə olmaq
Mıktıbek Abdıldayev parlamentin bu gün keçirilən növbədənkənar iclasında istefa verib, Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi isə eks-prezident Almazbek Atayevin saxlandığını bəyan edib

BAKI, 10 oktyabr — Sputnik. Qırğız Respublikasının Joğorku Keneşi (Ali Məclisi) sədri, Bir Bol (Bir ol) Partiyasının lideri Mıktıbek Abdıldayev parlamentin bu gün keçirilən növbədənkənar iclasında istefa verib.

Sputnik Qırğızıstan-ın məlumatına görə, iclası sədr müavini Mirlan Bəkirov idarə edir. İclasda yeni hökumətin proqramı və tərkibinə dair müzakirələr aparılır.

Qeyd edək ki, M.Abdıldayev parlamentin dörd gün əvvəlki növbədənkənar iclasında spiker seçilmişdi.

Bu arada Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi eks-prezident Almazbek Atayevin saxlandığını bəyan edib.

Siyasətçi Bişkekdə kütləvi iğtişaşlar təşkil etməkdə günahlandırılır və bununla bağlı açılan cinayət işi əsasında saxlanılıb. Onunla birlikdə yaxın tərəfdarları - sabiq mühafizələri Dəmir Musakeyev və Kanat Saqınbayev da saxlanılıb. MTDK iğtişaşlarda iştirak edən digər şəxslərin də saxlanılması istiqamətində iş aparıldığını qeyd edib.

Oktyabrın 6-da Bişkekdə baş verən hadisələr zamanı Almazbek Atambayev mitinqçilər tərəfindən MTDK-nın təcridxanasından azad edilmişdi. O, kriminal avtoritet Əziz Batukayevin qanunsuz şəkildə həbsdən azad edilməsində və Koy-taş kəndində baş verən hadisələrdə günahlandırılır.

Xəbər lenti
0