QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Türk hərbçilərinin Qarabağa göndərilməsi barədə: "Hələlik buna ehtiyac yoxdur"

© AP Photo / Lefteris PitarakisTürk ordusunun əsgərləri, arxiv şəkli
Türk ordusunun əsgərləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Əks halda, Azərbaycan bu istiqamətdə kollektiv səylərə imkan verən özünümüdafiə hüququndan istifadə etmək məcburiyyətində qalacaq" - Mustafa Şentop

BAKI, 9 oktyabr — Sputnik. Türkiyə Parlamentinin spikeri Mustafa Şəntop bildirib ki, ölkənin Ali qanunverici orqanı Dağlıq Qarabağ münaqişəsi fonunda Azərbaycana Türkiyə hərbçilərinin göndərilməsi məsələsinə baxa bilər, lakin hələlik buna ehtiyac yoxdur. Bu barədə Sputnik xəbər verir.

"Azərbaycan Silahlı Qüvvələri son bir neçə gün ərzində bütün dünyaya göstərdi ki, onlar təkbaşına qələbə qazanmağa qadirdirlər, işğal olunmuş ərazilərin azad edilməsində qətiyyət və inad nümayiş etdirirlər. Bu səbəbdən belə bir təklifin (Türkiyə ordusunun münaqişə bölgəsində istifadəsinə dair) üçüncü tərəflərin BMT-nin qətnamələrinə məhəl qoymadan bu münaqişəyə qarışana qədər lazım olacağını düşünmürəm", - deyə Şəntop qeyd edib.

O, həmçinin vurğulayıb ki, Ermənistan Silahlı Qüvvələrinin dərhal, tam və qeyri-şərtsiz Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxmasını tələb edən BMT Baş Assambleyasının qətnamələrinə və beynəlxalq hüquqa hörmət etmək lazımdır: "Əks halda, Azərbaycan bu istiqamətdə kollektiv səylərə imkan verən özünümüdafiə hüququndan istifadə etmək məcburiyyətində qalacaq. Əgər Azərbaycan bu çərçivədə müraciət edərsə, həm prezident, həm də Türkiyə Parlamenti tərəfindən bu məsələ lazımi şəkildə müzakirə edilərək həll ediləcək".

Руководители ведущих СМИ Азербайджана посетили МИА Россия сегодня - Sputnik Azərbaycan
QARABAĞ
Fransanın Rusiyadakı səfiri Polad Bülbüloğlundan onu qəbul etməsini xahiş edib

O əlavə edib ki, "istənilən vəziyyətdə Türkiyənin Azərbaycana dəstəyi dəyişilməzdir".

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.
Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib. Bundan başqa, Ağdərə və Murovdağ istiqamətində ermənilərin bir neçə postu darmadağın edilib.
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri cəbhənin Goranboy istiqamətindəki strateji yüksəkliklərdən birini - Murovdağ dağ silsiləsinin Murov yüksəkliyini azad edib. Azərbaycan ordusu Talış kəndi ətrafında bir neçə strateji yüksəkliyi də Ermənistanın işğalçı qüvvələrindən təmizləyib.

Матч между ФК Карабах и  Силекс медведев - Sputnik Azərbaycan
İDMAN
Medvedev Mxitaryanı yerinə oturtdu: "Xoşməramlı səfir missiyasına uyğun gəlmirsən"

Oktyabrın 3-də Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.
Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.
 Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.

Xəbər lenti
0