Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 9 oktyabr — Sputnik. Bu gün Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Nizami Səfərov Milli Məclisdə brifinq keçirir.
Sputnik Azərbaycan xəbər verir ki, brifinqdə əks-hücum əməliyyatında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası və bu prosesdə diqqət cəlb edən bir sıra məsələlərdən danışılır.
Brifinqdə eyni zamanda əks-hücum əməliyyatının beynəlxalq hüquq çərçivəsində həyata keçirilməsi, qadağan olunmuş silahların Ermənistan tərəfindən tətbiqi, muzdluların guya Azərbaycan tərəfindən vuruşması iddiaları və bu iddialara cavab verilməsi və s. məsələlərdən söz açılır.
Brifinqdə Rusiya KİV-lərinin nümayəndələri də iştirak edirlər.