Osloda keçirilmiş oyun 2:1 hesabı ilə başa çatıb. Qonaqlarıln heyətində Sergey Milinkoviç-Saviç dubla imza atıb (82-ci və 102-ci dəqiqədə), meydan sahiblərinin heyətində Matias Normann fərqlənib (88).
Serbiya yığması AVRO-2020-yə çıxmaq uğrinda Şotlandiya ilə mübarizə aparmalı olacaq. Şotlandiya yığması bu mərhələdə İsrailə penalti seriyasında qalib gəlib - 5:3 (əsas vaxt - 0:0).
Digər yarımfinalda Kosovo yığması Şimali Makedoniyaya məğlub olub - 1:2. İndi Şimali Makedoniya vəsiqə uörunda mübarizədə Gürcüstanla qarşılaşacaq.
Bu görüşlər noyabrın 12-də keçiriləcək.
Futbol üzrə Avropa çempionatı koronavirus pandemiyasına görə 2020-ci ildən 2021-ci ilə keçirilib.