CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda metro stansiyalarının sayı 51 olacaq

© Sputnik / Murad OrujovВид на тоннель из кабины машиниста
Вид на тоннель из кабины машиниста  - Sputnik Azərbaycan
Abunə olmaq
2040-cı ilədək metro xətləri şəbəkəsinin ümumi uzunluğunun hazırkı 36,7 km-dən 76,2 km-ə, stansiyaların sayının isə 25-dən 51-ə çatdırılması nəzərdə tutulur.

BAKI, 9 oktyabr — Sputnik. Bakıda 2040-cı ilədək metro stansiyalarının sayı 25-dən 51-ə çatdırılacaq. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə məlumat "Bakı şəhərinin Baş Planı 2040"da əksini tapıb. Belə ki, layihəyə əsasən, 2040-cı ilədək "28 May" stansiyası metro şəbəkəsinin mühüm əhəmiyyətə malik mərkəzi qovşağı olaraq qalacaq.

2027-ci ilədək "28 May"-"Cəfər Cabbarlı" keçid stansiyasında yaşıl və qırmızı xətlərinin bir-birindən ayrılması və yeni dəstəkləyici infrastrukturun yaradılması planlaşdırılır.

2040-cı ilədək metro xətləri şəbəkəsinin ümumi uzunluğunun hazırkı 36,7 km-dən 76,2 km-ə, stansiyaların sayının isə 25-dən 51-ə çatdırılması nəzərdə tutulur.

Xəbər lenti
0