BMT-nin sabiq Baş katibinin xanımı: "Azərbaycan xalqı ilə həmrəyəm"

© AP Photo / Bebeto MatthewsЛоготип ООН в штаб-квартире Организации Объединенных Наций
Логотип ООН в штаб-квартире Организации Объединенных Наций - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Milliyyətcə qibti olan misirli Butros Butros-Qali 1992-1996-cı illərdə Birləşmiş Millətlər Təşkilatının Baş katibi olub.

BAKI, 8 oktyabr - Sputnik. BMT-nin sabiq Baş katibi Butros Butros-Qalinin xanımı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub yazıb.

Bu barədə Sputnik Azərbaycan Prezidentin rəsmi saytına istinadən məlumat verir.

Məktubda deyilir:

"Zati-aliləri cənab Prezident.

Azərbaycan xalqı ilə həmrəy olduğumu bildirir, mərhum Butros Butros-Qalinin Azərbaycana səfərini, Prezident Heydər Əliyevlə görüşlərini və onun sülhün təşviq olunması istiqamətindəki səylərini xatırlayıram.

O, Azərbaycanı və Prezident Heydər Əliyevi çox sevirdi".

Milliyyətcə qibti olan misirli Butros Butros-Qali 1992-1996-cı illərdə Birləşmiş Millətlər Təşkilatının Baş katibi olub.

Xəbər lenti
0