BAKI, 8 oktyabr — Sputnik. Azərbaycan dəmiryolçuları Silahlı Qüvvələrə Yardım Fondunun vəsaitlərinin artırılması təşəbbüsünü vətəndaşlıq borcu hesab edərək əməkhaqları hesabına Fonda 743 min manat vəsait köçürüb.
Bu barədə Sputnik Azərbaycan-a ADY-dən məlumat verilib.
Bildirilib ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin çoxsaylı kollektivi ölkəmizin müdafiəsinin təmini işində səfərbər olmaqla qarşısında qoyulan vəzifələrin məsuliyyətini dərk edir, Ali Baş Komandanın ətrafında sıx birləşərək cəbhədə strateji tapşırıqların icrasına hər an hazır olduğunu qətiyyətlə bəyan edir.
Xatırladaq ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb.