CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ukrayna XİN rəhbəri: "Hər zaman Azərbaycanı dəstəkləyirik, əlavə sözə ehtiyac yoxdur"

© Sputnik / Mikhail Voskresenskiy / Mediabanka keçidThe building of Ukraine's Foreign Ministry
The building of Ukraine's Foreign Ministry - Sputnik Azərbaycan
Abunə olmaq
Ukrayna bu baxımdan hər zaman Azərbaycanı, Azərbaycan isə Ukraynanı dəstəkləyib, burada əlavə sözə ehtiyac yoxdur.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 7 oktyabr — Sputnik. "Azərbaycanın beynəlxalq sərhədlər daxilində ərazi bütövlüyü məsələsi beynəlxalq gündəmin mövzusudur. Ukrayna bu baxımdan hər zaman Azərbaycanı, Azərbaycan isə Ukraynanı dəstəkləyib, burada əlavə sözə ehtiyac yoxdur". Sputnik Azərbaycan xəbər verir ki, bunu Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba "BBC Ukrayna"ya müsahibəsində bildirib.

"Bizim mövqeyimiz çox aydındır, biz onu dərhal ifadə etdik. Silahlı münaqişənin başladığına görə təəssüflənirik. Ukraynaya məlumdur ki, müharibə ilk öncə qan, ölüm və əzab deməkdir, bundan isə daim uzaq durmaq istəyirsən. Silahlı münaqişə nəticəsində torpaqları işğal altında olan ölkə kimi, biz, əlbəttə ki, hər bir ölkənin ərazi bütövlüyünün tərəfdarıyıq. Fərqi yoxdur, bu, Ermənistan olsun, ya Azərbaycan, ya başqa ölkə.

Azərbaycanın beynəlxalq sərhədlər daxilində ərazi bütövlüyü məsələsi beynəlxalq gündəmin mövzusudur. Ukrayna bu baxımdan hər zaman Azərbaycanı, Azərbaycan isə Ukraynanı dəstəkləyib, burada əlavə sözə ehtiyac yoxdur", - deyə Ukraynanın Xarici İşlər naziri bildirib.

 

Xəbər lenti
0