Rusiya Prezidenti Vladimir Putinin bu gün - oktyabrın 7-də 68 yaşı tamam olur.
Siyasi şərhçi Aydın Quliyev Sputnik Azərbaycan-a deyir ki, SSRİ dağıldıqdan sonra Rusiyanın dünyada gedən proseslərə təsir etməsində fasilə yaranmışdı:
“Hazırda Rusiyanın dünyada gedən proseslərdə önəmli rol oynaması faktdır. Rusiyanın əvvəlki nüfuzunun qaytarılmasında və geopolitik gücə çevrilməsində Putin faktoru danılmazdır. Rusiya xalqı da bunu lazımınca dəyərləndirə bilir. Azərbaycan dövləti Rusiyanın maraqlarına hörmətlə yanaşır. Bu günlərdə Azərbaycanın apardığı haqlı müharibədə Rusiyanın tutduğu mövqe bizi razı salır”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib. Dövlətimizin başçısı Rusiya Prezidentini ad günü münasibətilə təbrik edib, Rusiyanın inkişafı və firavanlığı naminə dövlətçilik fəaliyyətində ona yeni uğurlar, möhkəm cansağlığı arzulayıb. Vladimir Putin göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
Aydın Quliyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz