Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Dırnaqlar ciddi xəstəlikdən xəbər verə bilər

© Depositphotos.com / AxOstБелые полоски на ногтях
Белые полоски на ногтях  - Sputnik Azərbaycan
Abunə olmaq
Həkimin sözlərinə görə, dırnaqlarn qırılmasını, qansızmasını və üzərində çat yaranmasını nəzarətsiz buraxmaq olmaz.

BAKI, 6 oktyabr — Sputnik. Dırnaqların vəziyyəti onkoloji xəstəliklərin xəbərçisi ola bilər. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə onkoloq cərrah Mixail Myasnyankin danışıb.

Həkimin sözlərinə görə, dırnaqlarn qırılmasını, qansızmasını və üzərində çat yaranmasını nəzarətsiz buraxmaq olmaz.

"Bununla yanaşı, dırnaqların üzərində olan tünd xətlər də xəstəlik xəbərçisi ola bilər. Bütün bunlar həkimə müraciət etmək üçün ciddi səbəblərdir. Qeyd edilən əlamətlər dəri xərçənginin əlaməti ola bilər. Və dırnaqlarda belə dəyişikliklər təkcə bədxassəli deyil, xoşxassəli xərçəngdən də xəbər verə bilər. Həddən artıq çox xoşxassəli şiş formaları var".

Böyük britaniyalı alimlər isə apardıqları araşdırma zamanı əl və ayaqlarda barmaqların uclarının, dırnaq ətrafındakı qeyri-adi parlaq dəri böyüməsinin ağciyər xərçənginin bir simptomu ola biləcəyini müəyyən ediblər.

Xəbər lenti
0