BAKI, 6 oktyabr — Sputnik. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu gün Azərbaycana səfərə gələcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, səfər zamanı Çavuşoğlu Azərbaycan prezidenti İlham Əliyev və azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüş keçirəcək. Görüşlər zamanı Dağlıq qarabağdakı vəziyyətə dair son durum, həmçinin regional və beynəlxalq məsələlər müzakirə olunacaq.