SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Sabah Avropa Parlamenti Qarabağ problemini müzakirəyə çıxaracaq

© AFP 2024 / FREDERICK FLORINЗаседание Европейского парламента
Заседание Европейского парламента  - Sputnik Azərbaycan
Abunə olmaq
Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, millət vəkili Cavanşir Feyziyevlə onlayn formatda keçirilən görüşdə Avropa Parlamentinin nümayəndəsi Marina Kalyurand deyib ki, AP-də bölgədə baş verən hadisələrlə bağlı geniş müzakirə olacaq.

BAKI, 6 oktyabr - Sputnik. Bu gün Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, millət vəkili Cavanşir Feyziyev Avropa Parlamentindən olan həmkarı xanım Marina Kalyurand ilə onlayn formatda görüş keçirib.  

Sputnik Azərbaycan-a Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hər iki tərəfdən Parlament Əməkdaşlıq Komitəsinin katiblərinin də iştirak etdiyi görüşdə millət vəkili Cavanşir Feyziyev 27 sentyabrda başlayan növbəti erməni təxribatı və onun nəticələri barədə avropalı həmkarına ətraflı məlumat verib.

Cavanşir Feyziyev Ermənistanın bu təxribatının gözlənilən olduğunu bildirib:

"Azərbaycan bununla bağlı beynəlxalq ictimaiyyəti artıq bir müddətdir ki, xəbərdar edirdi və tədbirlər görülməyəcəyi təqdirdə növbəti təxribatın qaçılmaz olduğunu ifadə edirdi. Lakin təəssüflər olsun ki, Azərbaycanın bu çağırışlarına məhəl qoyulmadı və 30 il ərzində susqunluq göstərən, münaqişə ilə bağlı guya balanslı mövqe tutan təşkilatlar və ölkələr yenə də səssiz qalmağa üstünlük verdilər. Bu isə sonda Qarabağ bölgəsində yeni müharibənin alovlanmasına gətirib çıxardı.

Millət vəkili son iki ildə Ermənistanın Baş naziri tərəfindən atılmış təxribatçı addımlar haqqında ətraflı məlumat verib. Bildirib ki, qondarma rejim tərəfindən işğal olunmuş ərazilərdə qanunsuz seçkilərin keçirilməsi, saxta andiçmə mərasimi, qondarma parlamentin Şuşa şəhərinə köçürülməsi cəhdi, işğal altında olan Azərbaycan torpaqlarına Ermənistandan birbaşa yol çəkilişinə başlanması, Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" şəklində məsuliyyətsiz bəyanatı və eləcə də Ermənistan Müdafiə nazirinin "yeni torpaqlar uğrunda yeni müharibə" şüarı hadisələrin bu nöqtəyə gəlib çatmasına səbəb olub.

Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку - Sputnik Azərbaycan
SİYASƏT
XİN Avropa Parlamenti üzvlərinin birgə bəyanatına münasibət bildirib

"27 sentyabrda Azərbaycan ərazisində yerləşdirilmiş Ermənistan hərbi qüvvələri təmas xətti boyunca yerləşən kəndlərimizdə yaşayan mülki əhalini ağır silahlardan atəşə tutmuş, 200-dən çox ev dağıdılmış, dinc əhali arasında itkilər olmuşdur. Azərbaycan ordusu dinc əhalinin təhlükəsizliyini təmin etmək üçün bütün təmas xətti boyunca düşmənin hərbi obyektlərini məhv etmək əməliyyatına başlamışdır və hazırda bu əməliyyatlar davam etdirilir", - deyə Feyziyev bildirib. 

Avropa Parlamentinin üzvü xanım Marina Kalyurand münaqişənin aktiv hərbi əməliyyətlər fazasına daxil olmasından narahat olduqlarını diqqətə çatdırıb və yenidən danışıqlar masasına qayıdılması imkanlarını sorğu edib.

Azərbaycanlı deputat danışıqlar masasına geri qayıtmaqla bağlı Azərbaycan tərəfinin şərtlərinin Prezident İlham Əliyev tərəfindən açıq və aydın formada ifadə olunduğunu bildirib. Qeyd edib ki, erməni silahlı qüvvələrinin bütün işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılması və Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən rəsmən tanınması hərbi əməliyyatların dayandırılmasına və danışıqlara başlanmasına zəmin yarada bilər.

Millət vəkili deyib:

"Azərbaycan müharibə istəmir və ona görə də 30 il ərzində BMT TŞ-nın məlum Qətnamələrinin yerinə yetirilməsini gözləyir. Lakin nə ATƏT-in Mİnsk Qrupu, nə də digər beynəlxalq təşkilatlar bu illər ərzində münaqişənin həll olunması üçün Ermənistanı sülhə vadar edə bilib və ya etmək istəyiblər. Bölgədəki bugünkü vəziyyət məhz Minsk Qrupunun uğursuz fəaliyyətinin nəticəsidir.

Xanım Kalyurand millət vəkilinin həmçinin Türkiyədən gələn hərbiçilərin və Suriyadan olan muzdluların da Azərbaycan tərəfdən döyüşlərdə iştirak etməsi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirməsini xahiş edib. Avropalı deputat bu xəbərlərin Avropa institutlarında çox cidd narahatlıq və narazıçılıq doğurduğunu da ifadə edib.

Bəxtiyar Əliyev - Sputnik Azərbaycan
Bəxtiyar Əliyev: “Avropa Parlamenti Azərbaycanla münasibətlərə xələl gətirir”

Millət vəkili Cavanşir Feyziyev bu yayılan xəbərlərin hamısının yalan məlumatlar olduğuna, Ermənistan tərəfindən belə saxta məlumatların məqsədli şəkildə yayıldığına diqqət çəkib: "Bu cür məlumatların yayılması Ermənistanın əsas niyyətini reallaşdırmağa hesablanıb. Belə ki, Ermənistan bu müharibəyə üçüncü tərəfləri də cəlb etmək istəyir və buna zəmin yarada bilmək üçün guya Türkiyənin də Azərbaycanla birlikdə savaşması haqqında yalanı tirajlayır. Azərbaycan Prezidenti rəsmi şəkildə elan etmişdir ki, Azərbaycan tərəfində heç bir xarici ölkənin əsgəri vuruşmur, Azərbaycanda heç bir muzdlu döyüşçü yoxdur və buna ehtiyac da yoxdur. Azərbaycanda hal-hazırda yüzlərlə jurnalist fəaliyyət göstərir ki, bunların da arasında hərbi əməliyyatların getdiyi ərazilərdə olanları vardır və bu günə qədər heç bir jurnalist ermənilərin iddia etdikləri bu yalanları dəstəkləyəcək bir fakt belə tapmayıb. Müasir dövrdə texnoloji imkanlar genişdir və əgər bu deyilənlər doğru olsaydı bu imkanlarla hər hansı bir fakt ortaya qoyulardı".

Xanım Kalyurand millət vəkilimizə ətraflı bildirib ki, sabah AP-də bölgədə baş verən hadisələrlə bağlı geniş müzakirə olacaq. Bu baxımdan ona verilən məlumatlar hadisələrin əsl mahiyyətini başa düşmək üçün çox faydalıdır. Xanım Kalyurand bildirib ki, Avropa İttifaqında bu məsələ ilə bağlı vahid mövqe yoxdur, yanaşmalar çox haçalanır. Sonda xanım Kalyurand Azərbaycanlı həmkarı ilə sıx-sıx təmasda olmaq və müntəzəm olaraq məlumat almaq istədiyini qeyd ediv. Həmsədrlər bu cür görüşlərin davamlı keçirilməsi haqqında razılığa gəliblər.

Xəbər lenti
0