CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiya aviaşirkətlərinə icazə verildi: Azərbaycana uçuşlar yerinə yetiriləcək

© Sputnik / Ilya Naymushin / Mediabanka keçidПассажирские самолеты Boeing 737-800 авиакомпании "Аэрофлот"
Пассажирские самолеты Boeing 737-800 авиакомпании Аэрофлот - Sputnik Azərbaycan
Abunə olmaq
"Rosaviasiya" müxtəlif ölkələrin hökumətləri ilə aviareyslərin bərpası, uçuşların azaldılması və ya uçuşların dayandırılması barədə danışıqlar aparır.

BAKI, 6 oktyabr — Sputnik. Rusiya aviaşirkətlərinə 24 ölkəyə müntəzəm uçuşların yerinə yetirilməsinə icazə verilib. Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyi ("Rosaviasiya") bununla bağlı müvafiq qərar imzalayıb.

Sputnik Azərbaycan RİA- Novosti-yə istinadla xəbər verir ki, siyahıda həmçinin hava əlaqəsi hələ bərpa olunmayan ölkələr də yer alıb.

Beləliklə, Rusiya aviaşirkətləri hava əlaqəsi artıq bərpa olunmuş Belarus, Böyük Britaniya, Misir, Qazaxıstan, Qırğızıstan, Maldiv adaları, BƏƏ, Türkiyə və Tanzaniya, həmçinin, hava əlaqəsi hələ bərpa olunmamış Azərbaycan, Almaniya, Yunanıstan, İsrail, İspaniya, İtaliya, Kipr, Çin, Malta, Niderland, Səudiyyə Ərəbistanı, Türkmənistan, Çexiya, Özbəkistan və Ermənistana uçuşların yerinə yetirilməsinə dair icazə alıb.

Aviadaşıyıcılara, həmçinin Avstriya, Bolqarıstan, Macarıstan, İspaniya, Fransa və Kubaya çarter uçuşlarına icazə verilib.

"Rosaviasiya" nümayəndəsinin sözlərinə görə, bu sənəd uçuşların bərpası demək deyil.

Rusiyanın Nəqliyyat Nazirliyindən ötən gün bildirilib ki, "Rosaviasiya" müxtəlif ölkələrin hökumətləri ilə aviareyslərin bərpası, uçuşların azaldılması və ya uçuşların dayandırılması barədə danışıqlar aparır.

Qeyd edək ki, Rusiya koronavirus pandemiyası fonunda mart ayının sonunda digər ölkələrlə müntəzəm və çarter reysləri üzrə uçuşları dayandırmışdı. Daha sonra məhdudiyyətlər tədricən götürülməyə başlanılıb.

Xəbər lenti
0