CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Kollektiv immunitet" yaratmaqla koronavirusdan qurtulmaq olarmı?

© AFP 2024 / JENS SCHLUETERМодель SARS-CoV-2, известная как новый коронавирус
Модель SARS-CoV-2, известная как новый коронавирус  - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyalı alimlər COVID-19-la mübarizdə istifadə olunan bu metodla bağlı yeni amillər üzə çıxarıblar.

BAKI, 6 oktyabr — Sputnik. Rusiya Elmlər Akademiyasının Birləşmiş Yüksək Temperatur İnstitutunun mütəxəssisləri belə hesab edirlər ki, COVID-19-la mübarizə üsullarından biri hesab hesab olunan "kollektiv immunitet" yaratmaq üçün əhalinin 60-70 faizinin bu virusa yoluxmasına ehtiyac yoxdur. 3-10 faiz xəstəlik hallarında belə "kollektiv immunitet" yaratmaq mümkündür.

Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi məlumata  görə, rusiyalı alimlər xəstəliyin gedişatı və tətbiq olunan karantin tədbirləri nəzərə alınmaqla infeksiyanın yayılmasını təsvir edən yeni bir riyazi model açıqlayıblar. Bu model virusun yayılmasını təsvir etmək üçün istifadə olunan iki əsas modelə - SIS və SIR-ə nisbətən statistik məlumatlara daha çox uyğun gəlir.

İnstitutun baş tədqiqatçısı, professor Sergey Trigerin sözlərinə görə, hazırlanmış model dörd parametri nəzərə alır - əhali sıxlığı, yoluxmuş insanın gündəlik təhlükəli təmaslarının sayı, virusa yoluxma ehtimalı və xəstəliyin davametmə müddəti.

Alimlər onu da üzə çıxarıblar ki, "kollektiv immunitet"in yaranması üçün əhalinin 60-70 faizinin bu virusa yoluxmasına ehtiyac yoxdur. "3-10 faiz yoluxma hallarında belə "kollektiv immunitet" yaratmaq və xəstəliyin artım tempini əhəmiyyətli dərəcədə aşağı salmaq mümkündür", – deyə mütəxəssis bildirib. Onun sözlərinə görə, karantin tədbirlərinin səmərəliliyi isə bir sıra əlavə amillərdən, o cümlədən, milli adət-ənənə və insanların həyat tərzindən asılıdır.

Qeyd edək ki, dünyanın bəzi inkişaf etmiş ölkələri COVID-19 virusuna qarşı mübarizədə "kollektiv immunitet" strategiyasına üstünlük verir.

Bu strategiya əhalinin aztəminatlı təbəqəsinin müdafiəsini təmin etməklə, digər təbəqələrin yoluxmasına imkan verilməsi və beləliklə ümumi immun sisteminin yaradılmasına əsaslanır.

Xatırladaq ki, koronavirusdan qurtulmaq üçün "kollektiv immunitet" üsulundan yararlanmaq fikrini ilk dəfə Böyük Britaniyanın Baş naziri Boris Conson səsləndirib. O bildirib ki, əhalinin infeksiyaya yoluxmasına imkan verilməlidir, əks təqdirdə tətbiq olunan karantin müddətindən sonra virus yenidən qayıda bilər.

Xəbər lenti
0