Портфель чиновника, фото из архива - Sputnik Azərbaycan
SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bəşər Əsədin öz xalqına qarşı kimyəvi silah işlətməsi gündəmə gətirildi

© Sputnik / Нэнси Сисель / Mediabanka keçidПостпред России при ООН Василий Небензя, архивное фото
Постпред России при ООН Василий Небензя, архивное фото - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
НовостиTelegram
Rusiyanın BMT yanında daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının birinci rəhbəri Joze Bustaniyə çıxış etməyə imkan verməmiş Qərb ölkələrinin nümayəndələri onun səsləndirə biləcəyi ifşalardan qorxublar.

BAKI, 6 oktyabr — Sputnik. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (TŞ) Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının birinci rəhbəri Joze Bustaniyə çıxış etməyə imkan verməmiş Qərb ölkələrinin nümayəndələri onun səsləndirə biləcəyi ifşalardan qorxublar.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT yanında daimi nümayəndəsi Vasili Nebenzya bildirib.

Bazar ertəsi Böyük Britaniya, Belçika, Estoniya, Fransa, Almaniya və ABŞ nümayəndələri Bustaninin BMT TŞ-də çıxışına qarşı səs veriblər. Onlar Bustaninin təşkilatı Suriya dosyesinin açılmasından əvvəl tərk etməsini buna əsas kimi gətiriblər.

Joze Bustani 1997-2002-ci illərdə Kimyəvi Silahların Qadağan Edilməsi üzrə Təşkilata rəhbərlik edib. Onun gedişi Vaşinqtonun təşəbbüsü ilə vaxtından əvvəl baş verib. Bustaninin İraqı təşkilata dəvət etməsindən sonra ABŞ onun işindən narazılığını dilə gətirib. Müşahidəçilərin fikrincə, Bağdadın bu təşkilata üzv olması ABŞ-ın Səddam Hüseyni devirmək planlarına mane ola bilərdi.

Test tube with Corona virus name label is seen in this illustration - Sputnik Azərbaycan
Bəşər Əsəd üçün gözlənilməz təhlükə - İranlılar virusu onun qərargahına daşıdılar

Nəticədə, təşkilatın keçmiş rəhbərinin bəyanatını Nebenzya oxuyub.

"Mən şübhələnirəm ki, bu gün onlar Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının keçmiş baş direktoru Joze Bustaninin iclasda aça biləcəyi ifşadan elə qorxurdular ki, onlar sadəcə (Bustaninin iştirakından – red.) imtina etməyə üstünlük veriblər", – Nebenzya bazar ertəsi BMT TŞ iclasından sonra deyib.

Nebenzya ümidvar olduğunu bildirib ki, Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının hazırkı rəhbəri, nəhayət ki Təhlükəsizlik Şurasının qarşısında açıq çıxış edəcək.

Ötən həftə Rusiya BMT Təhlükəsizlik Şurasının ("Arria formulu" üzrə) qeyri-formal iclasını təşkil edib. Orada Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının keçmiş müfəttişi Yan Henderson çıxış edib. Vaxtilə o, Suriyanın Duma şəhərində baş vermiş insidentin rəsmi versiyası ilə razılaşmayıb. BMT TŞ-nin qeyri-rəsmi iclasında Henderson qeyd edib ki, 2018-ci ilin aprelində Dumada baş vermiş insidentin araşdırılmasının nəticələri barədə məruzənin son versiyasını Suriyadan kənarda olmuş insanlar yazıb, buna görə də "təqdim olunan nəticələr real vəziyyəti əks etdirməyə bilər".

Президент Сирии Башар Асад - Sputnik Azərbaycan
Həqiqət barədə danışmağın vaxtıdır: Bəşər Əsəd il yarımdan sonra ilk müsahibəsini verib

Məruzəçilərin mövzu ilə bağlı arqumentlərinə, o cümlədən peyk şəkilləri ilə bağlı arqumentlərə cavab olaraq, ABŞ, Böyük Britaniya və Almaniya nümayəndələri yenidən Suriya və Rusiyaya qarşı ittihamlar səsləndiriblər.

Qərb Dəməşqi Duma şəhərinə kimyəvi hücumda günahlandırır. Rusiya və Suriya Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatını baş vermiş hadisənin təhqiqatının qərəzli olmasında günahlandırıb və təşkilatın texniki katibliyinin nəticələrini şübhə altına alıblar. Dəməşq heç zaman dinc vətəndaşlara və terrorçulara qarşı kimyəvi silahdan istifadə etmədiyini və ölkənin bütün kimyəvi arsenalının Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının nəzarəti altında Suriyadan çıxarıldığını iddia edib.

Xəbər lenti
0