BAKI, 5 oktyabr — Sputnik. Azərbaycanda bölgələr üzrə koronavirusa yoluxma qeydə alınan ərazilər açıqlanıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən xəbər verir ki, ən çox yoluxma 56 faizlə Bakıda, 15,2 faizlə isə Abşerondadır. Bu siyahıda 10,5 faizlə Aran, 6,3 faizlə Gəncə-Qazax, 4,2 faizlə Lənkəran, 2,2 faizlə Quba-Xaçmaz, 2 faizlə Şəki-Zaqatala, 1,5 faizlə Dağlıq Şirvan, 1 faizlə Yuxarı Qarabağ qərarlaşıb.
Rəsmi məlumata görə, ən az yoluxma 0,10 faizlə Naxçıvan Muxtar Respublikasındadır.