CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daxili İşlər Nazirliyi xəbərdarlıq edir

© Sputnik / Murad OrujovКонтроль за ситуацией в связи с эпидемиологической обстановкой в Баку
Контроль за ситуацией в связи с эпидемиологической обстановкой в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Vətəndaşlarımızı bu cür hərəkətlərdən çəkinməyə, pirotexniki vasitələrdən istifadə etməməyə çağırır, hər bir şəxsdən ölkədəki hərbi vəziyyət rejiminin tələblərinə uyğun davranmağı xahiş edirik

BAKI, 5 oktyabr — Sputnik. Silahlı Qüvvələrimizin cəbhədə qazandığı uğurlar, qələbə xəbərləri vətəndaşlarımızda böyük ruh yüksəkliyi, çoşqu yaradıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, ayrı-ayrı şəxslər öz müsbət emosiyalarını indiki həssas məqamda tamamilə yolverilməz olan şəkildə - fişənglərdən istifadə etməklə, atəşfəşanlıqla qeyd edirlər.

"Vətəndaşlarımızı bu cür hərəkətlərdən çəkinməyə, pirotexniki vasitələrdən istifadə etməməyə çağırır, hər bir şəxsdən ölkədəki hərbi vəziyyət rejiminin tələblərinə uyğun davranmağı xahiş edirik", - məlumatda qeyd olunur.

Xəbər lenti
0