Mayk Pompeo: "ABŞ bütün təxribatlara qarşı hazırlıqlıdır"

© REUTERS / Guglielmo Mangiapane / PoolГоссекретарь США Майк Помпео, фото из архива
Госсекретарь США Майк Помпео, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ koronavirusa yoluxmuş Prezident Donald Trampın xəstəliyi dövründə baş verə biləcək bütün təxribatlara qarşı hazırlıqlı olduğunu bəyan edib

BAKI, 5 oktyabr — Sputnik. ABŞ koronavirusa yoluxmuş Prezident Donald Trampın xəstəliyi dövründə baş verə biləcək bütün təxribatlara qarşı hazırlıqlı olduğunu bəyan edib.

Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət katibi Mayk Pompeo bəyanatla çıxış edib.

O, "bəzi qüvvələr Trampın xəstəliyindən istifadə edərək ABŞ-ın maraqlarına zərbə vura bilərmi?" sualına cavab olaraq bunları deyib:

"Bizim komandamız hazır vəziyyətdədir. Bilirik ki, dünyada cinayətkar, məkrli qüvvələr var. Ancaq ABŞ, o cümlədən Dövlət Departamenti və diplomatlarımız bütün təxribatlara hazırdır. Bu gün General Milli ilə (ABŞ-ın Silahlı Qüvvələrinin Baş Qərargah Sədri) müzakirə apardıq. O da bildirdi ki, hər bir vəziyyətə hazırıq"

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp oktyabrın 2-də "koronavirus" diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Xəbər lenti
0