Портфель чиновника, фото из архива - Sputnik Azərbaycan
SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

MN: Aprel döyüşlərinin qəhrəmanı ermənilərin 17 tankını vurdu

© AR Ministry of DefenceВоенная техника, захваченная в ходе сражений
Военная техника, захваченная в ходе сражений - Sputnik Azərbaycan
Ümumilikdə ermənilərin 17 texnikasını məhv edən igid döyüşçümüz bundan qürur duyduğunu və ölkəmizin ərazi bütövlüyünün təmin olunması naminə sonadək döyüşəcəyini fəxrlə deyir

BAKI, 5 oktyabr - Sputnik. 2016-cı ilin Aprel döyüşlərində 6 tank məhv edərək “Azərbaycan Bayrağı” ordeninə layiq görülən gizir Tahir Misirxanov Ermənistan ordusunun texnikasını bu gün də məhv etməkdə davam edir.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat verib.

© AR Ministry of DefenceGizir Tahir Misirxanov
MN: Aprel döyüşlərinin qəhrəmanı ermənilərin 17 tankını vurdu - Sputnik Azərbaycan
Gizir Tahir Misirxanov

Məlumata görə, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatında igidliklə vuruşan gizir T.Misirxanov şəxsi rəşadət göstərərək bu günədək düşmənin daha 11 zirehli texnikasını sıradan çıxarıb.

Azərbaycan Ordusunun qələbələrində payı olan, ümumilikdə 17 düşmən texnikasını məhv edən igid döyüşçümüz bundan qürur duyduğunu və ölkəmizin ərazi bütövlüyünün təmin olunması naminə sonadək döyüşəcəyini fəxrlə deyir.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала