SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan vətəndaşları Azərbaycanı tərk edib, öz torpağında yaşasalar, onda sülh olacaq

© Official website of President of Azerbaijan RepublicПрезидент Ильхам Алиев во время обращении к нации
Президент Ильхам Алиев во время обращении к нации - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyev: "Bizim müqəddəs Şuşa torpağında öz bandası ilə rəqs etməklə və "Qarabağ Ermənistandır" deməklə azərbaycanlıların hissələrini təhqir etmiş Ermənistanın baş naziri üzr istəməli və deməlidir ki, "Qarabağ Ermənistan deyil".

BAKI, 5 oktyabr - Sputnik. Bir neçə gün əvvəl mən erməni xalqına müraciət etdim ki, öz hökumətinizi etdiklərinə görə məsuliyyətə cəlb edin, övladlarınızı Azərbaycana, işğal olunmuş ərazilərə göndərməyin. Bu işğala son qoyun. Azərbaycan ərazisini tərk edin. Öz torpağınızda yaşayın və onda bizdə sülh olacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Prezident İlham Əliyev "Əl-Ərəbiyə" telekanalına müsahibəsində deyib. 

O qeyd edib ki, bu gün qondarma “Dağlıq Qarabağ ordusu”nun 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. 

İlham Əliyev həmçinin deyib ki, torpaqlarımız işğaldan azad olandan sonra Azərbaycan və erməni xalqlarının əvvəlki normal əlaqələrini bərpa etməyə çalışacaq:

"Biz yenidən Azərbaycan və erməni xalqlarının əvvəlki normal əlaqələrini bərpa etməyə çalışacağıq. Biz çalışarıq. Bu, asan olmayacaq, lakin biz çalışarıq qonşu olaq, yanaşı yaşayaq. Bu, necə deyərlər, mənim erməni xalqına sözümdür. Ermənistan hökumətinə deyəsi sözüm yoxdur.

Mən onların nə etməli olduğunu artıq dedim. Əgər onlar atəşkəs istəyirlərsə, bizim qarşımızda üzr istəyin, bizə çıxmaqla bağlı vaxt cədvəli verin, sadəcə sözlər yox ki, biz bunu dayandıracağıq və danışıqlar aparacağıq. Bu, işləməyəcək. Onların hansı ərazini nə vaxt azad edəcəkləri ilə bağlı vaxt cədvəli - birinci gün, ikinci gün, üçüncü gün. Bizim müqəddəs Şuşa torpağında öz bandası ilə rəqs etməklə və “Qarabağ Ermənistandır” deməklə azərbaycanlıların hissələrini təhqir etmiş Ermənistanın baş naziri üzr istəməli və deməlidir ki, “Qarabağ Ermənistan deyil”. Mənim sözüm budur".

Xəbər lenti
0