CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

XİN: Gəncədə mülki əhali arasında ölən və yaralananlar var

© Photo : Twitter / Hikmet HajiyevGəncədə vəziyyət
Gəncədə vəziyyət - Sputnik Azərbaycan
Abunə olmaq
XİN-in verdiyi məlumata görə, Ermənistan ordusunun Gəncəni atəşə tutması nəticəsində 1 mülki şəxs həlak olub, 4 nəfər yaralanıb.

BAKI, 4 oktyabr - Sputnik. Ermənistan ordusunun Gəncəni atəşə tutması nəticəsində 1 mülki şəxs həlak olub, 4 nəfər yaralanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "Twitter" səhifəsində məlumat verilib. 

“Ermənistan ordusunun Ermənistanla sərhəddən 60 km aralıda, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə insanların sıx yaşadığı yaşayış məntəqələrinə raket zərbəsi endirməsi nəticəsində 1 mülki şəxs həlak olub, 4 nəfər yaralanıb. Şəhərə böyük ziyan dəyib”, - deyə qeyd olunub.

Xəbər lenti
0