QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Vətəndaşların əsgərlərə dəstək olması çox gözəl haldır - hərbi ekspert

© Photo : Orxan AzimEvdar Kişilər Klubu
Evdar Kişilər Klubu - Sputnik Azərbaycan
Abunə olmaq
Ancaq arxa cəbhədə, dayaq məntəqələrində hərbçilərin qidalanmasında vətəndaşların dəstəyi əhəmiyyətlidir. Bu, çox vacibdir. Əsgərə əsasən su və siqaret lazımdır. Bunu da vətəndaşlarımız təmin edirlər.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 4 oktyabr — Sputnik. Ön cəbhə... Bu gün hər bir Azərbaycan övladı ön cəbhədən gələn xəbərləri həyəcanla dinləyir. Səfərbərlik Xidmətinə döyüşlərdə iştirak etmək üçün müraciət edən, Xidmətdən xəbər gözləyən şəxslər isə bacardıqları qədər ərzaq, dərman, geyimlər və s. ilə hərbçilərimizin yanında olmağa çalışırlar.

Hərbi ekspert Ramil Məmmədli Sputnik Azərbaycan-a bildirib ki, bu gün hamı öz istəyinə uyğun olaraq Azərbaycan Silahlı Qüvvələrinə yardım göstərməyə çalışır. Bu təbiidir, ancaq Müdafiə Nazirliyinin əsgərlərin qidalanması ilə bağlı heç bir problemi yoxdur.

Ekspertin sözlərinə görə, hərbi əməliyyatlar zamanı ancaq quru hərbi-səhra yeməklərindən istifadə edilir: "Ancaq arxa cəbhədə, dayaq məntəqələrində hərbçilərin qidalanmasında vətəndaşların dəstəyi əhəmiyyətlidir. Bu, çox vacibdir. Əsgərə əsasən su və siqaret lazımdır. Bunu da vətəndaşlarımız təmin edirlər".

R.Məmmədli qeyd edib ki, hər bir qurumun öz ərzaq xidməti var. Və bu xidmət qida təhlükəsizliyinə, hərbçilərin qidalanmasına nəzarət edir. Ancaq vətəndaşların hərbçilərə qida ilə dəstək olması çox gözəl haldır.

Qızıl Aypara cəmiyyətinin loqotipi olan qovluq, arxiv şəkli - Sputnik Azərbaycan
QARABAĞ
Türkiyədən Azərbaycan əsgərlərinə dəstək - Cəbhəyə tibbi yardım çantaları göndəriləcək

Qeyd edək ki, oktyabrın 3-də Azərbaycan Müdafiə Nazirliyi də vətəndaşlara müraciət edib. Müraciətdə bildirilir ki, Azərbaycan Ordusu dövlətimizin, şəxsən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Şəxsi heyətin təchizatı, təminatı və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində fəaliyyətlər bu gün də davam etdirilir.

Bildiririk ki, son günlər Azərbaycan Ordusunun ön xətt bölmələrinə müxtəlif növ yardımların edilməsi ilə bağlı xeyli sayda müraciət daxil olur.

Müdafiə Nazirliyi Ordumuza göstərilən diqqət və qayğıya görə xalqımıza dərin minnətdarlığını bildirir. Hazırda Azərbaycan Ordusunun hərbi hissələri, xüsusilə də ön xətt bölmələri bütün təminat növləri ilə tam təmin olunub və əlavə yardıma ehtiyac yoxdur. Azərbaycan əsgərinin yalnız xalqımızın mənəvi dəstəyinə ehtiyacı var ki, bu da daim göstərilir.

Eyni zamanda bildiririk ki, ayrı-ayrı vətəndaşlarımız, təşkilat və müəssisələr Müdafiə Nazirliyinə müraciət etmədən birbaşa hərbi hissələrə gedir və müxtəlif növ yardımlar aparırlar. Bu da bəzi hallarda pərakəndəliyə, şəxsi heyətə çatdırılan ərzaq məhsullarının xarab olmasına və israfçılığa səbəb olur. Ərzaq məhsullarının qida təhlükəsizliyi nəzarətindən keçmədən şəxsi heyətə verilməsi isə hərbi qulluqçuların sağlamlığı üçün ciddi təhlükə yarada bilər.

Bu sahədə fəaliyyətin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi və yardımın planlı şəkildə hərbi hissələrə çatdırılması məqsədilə Müdafiə Nazirliyində aşağıda əlaqə nömrələri qeyd edilən müvəqqəti "qaynar xətt" fəaliyyət göstərir:

+994 (012) 406-85-43

+994 (070) 946-51-11

+994 (055) 294-15-30

Xəbər lenti
0