Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan
QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Türkiyədən Azərbaycan əsgərlərinə dəstək - Cəbhəyə tibbi yardım çantaları göndəriləcək

© Sputnik / Tabyildyi KadyirbekovQızıl Aypara cəmiyyətinin loqotipi olan qovluq, arxiv şəkli
Qızıl Aypara cəmiyyətinin loqotipi olan qovluq, arxiv şəkli - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Hazırlanan ilk yardım çantaları ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin cəbhə rayonlarındakı şöbələrinin əməkdaşları hərbçilərimizə və əhaliyə ilkin tibbi yardım xidməti göstərəcək

BAKI, 1 oktyabr — Sputnik. Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) vətən torpaqlarının düşmən işğalından azad edilməsi üçün aparılan əməliyyatlarda iştirak edən qəhrəman hərbçilər və düşmən atəşindən yaralanan mülki şəxslərə ilk və təxirəsalınmaz tibbi yardım göstərilməsi məqsədilə cəbhəyə 500 ədəd ilk yardım çantası yollayacaq. Bu barədə agentlikdən Sputnik Azərbayan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, son illərdə işğalçı Ermənistan tərəfindən cəbhəboyu ərazilərdə törədilən təxribatların artması səbəbindən dost və qardaş Azərbaycan 27 sentyabr 2020-ci il tarixindən etibarən uğurlu əks-hücum əməliyyatları həyata keçirir. Qəhrəman ordumuzun Qarabağın işğaldan azad edilməsi uğrundakı mübarizəsi zamanı yaralanan hərbçilərimizə və Ermənistan silahlı birləşmələrinin cəbhə bölgəsindəki yaşayış məntəqələrinə yönələn təxribatları nəticəsində yaralanan sivillərə ilk tibbi yardımın göstərilməsi üçün TİKA hərəkətə keçib.

Artıq TİKA tərəfindən cəbhə bölgəsində yaralı şəxslərə və tibbi yardıma ehtiyac duyan insanlara ilk tibbi yardımın göstərilməsi üçün müxtəlif növ tibbi ləvazimatlardan ibarət ilk tibbi yardım çantaları hazırlanıb. Belə ki, ilk mərhələdə 500 ədəd "İlk tibbi yardım çantası" Azərbaycan Qızıl Aypara Cəmiyyətinə təhvil veriləcək. Hazırlanan ilk yardım çantaları ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin cəbhə rayonlarındakı şöbələrinin əməkdaşları hərbçilərimizə və əhaliyə ilkin tibbi yardım xidməti göstərəcək.

Qeyd edək ki, ilk yardım çantaları 2 oktyabr 2020-ci il tarixində saat 16:00-da Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Erkan Özoral, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə, TİKA Bakı Koordinatoru Teoman Tiryakinin iştirakı ilə TİKA-nın Bakı Ofisində baş tutacaq tədbirdə Qızıl Aypara Cəmiyyətinə təhvil veriləcək.

Xəbər lenti
0